Tramp və Bayden arasında qızğın rəqabət gedir

Tramp və Bayden arasında qızğın rəqabət gedir
4 Noyabr 2020
Mətni dəyiş

ABŞ Prezidenti Donald Tramp və onun Demokrat rəqibi Co Bayden səsvermənin taleyinin bir neçə ştatdakı nəticələrdən asılı olduğu bir məqamda qızğın rəqabət aparırlar.

Səsvermənin bitməsindən bir neçə saat sonra hər iki namizəd bəyanatlarla çıxış edərək tərəfdarlarına müraciət edib.

Ağ Evdə gecə saat 2:15 radələrində tərəfdarları qarşısında çıxış edən Donald Tramp bir sıra həlledici ştatlarda qələbə çaldığını elan edib və seçki prosesinin məhkəməyə sürüklənməsindən narazılığını ifadə edib.

“Bizə milyonlar və milyonlarla adam səs verib,” deyə Tramp “bir qrup adam”ı səslərin düzgün hesablanmasının qarşısını almaq cəhdində günahlandırıb.

“Biz böyük bir şənliyə hazırlaşırdıq. Biz hər şeyi udurduq. Və qəfildən o dayandırıldı,” Tramp bildirib.

“Sözün açığı, biz bu seçkiləri udmuşuq,” Tramp əlavə edib.

Prezident Trampdan bir qədər öncə çıxış edən prezidentliyə Demokrat namizəd Co Bayden isə öz növbəsində səsvermə ilə bağlı nikbinliyini ifadə edib.

“İnamınızı saxlayın, biz bunu udacağıq,” deyə Bayden Delaver ştatındakı Vilminqton şəhərində tərəfdarları qarşısında bəyan edib.

Rəqabətin qızğın keçdiyi bir sıra ştatlarda səs baxımdan Trampdan geridə qalan Bayden eyni zamanda xəbərdarlıq edib. “Biz səbrli olmalıyıq,” o bildirib.

Səslərin sayılmasının bəzi ştatlarda çərşənbə günü səhər saatlarınadək davam edəcəyi gözlənilir.

Əsas diqqət rəqabətin qızğın keçdiyi Pennsilvaniya, Corciya, Şimali Karolina, Miçiqan, Viskonsin və Arizona ştatlarına yönəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun