ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə özünün keçmiş müşaviri Maykl Flinni əfv ediv. Lenta.ru xəbər verir ki, bu barədə Amerika lideri özünün tvitter akkauntunda yazıb. Flinnə qarşı cinayət işi "Rusiya araşdırması” adlanan tədqiqatla bağlı qaldırılmışdı.
"General Maykl T. Flinnin əfv olunmasını xəbər vermək mənim üçün böyük şərəfdir”, - deyə Tramp yazıb. Prezident Flinn və ailəsini təbrik edib, onların "həqiqətən də fantastik Şükran günü keçirəcəklərini” bildirib.
2020-ci ilin mayında ABŞ-ın Ədliyyə nazirliyi Rusiya ilə mümkün gizli əlaqələrindən ötrü Flinnə qarşı qaldırılan cinayət işini qapatmışdı. Amma bu qərar sentyabrda Apelyasiya məhkəməsi tərəfindən ləğv olundu. Tramp qeyd edib ki, Flinni təqib edənlər əvvəlki prezident Barak Obamanın administrasiyasından qalanlardır və onlar "çox qeyri-dürüst insanlardır”.
Daha əvvəl xəbər verilirdi ki. Trampın Rusiya ilə sövdələşmələrdə ittihamı üçün mənbə bir rus qadın məmur olub. Söhbət Perm doğumlu, keçmişdə Saratovun vitse-meri postunu tutan Olqa Qalkinadan gedir. Həmin vaxt Qalkina özünün işəgötürəni olan Webzilla şirkəti ilə gərgin münasibətlərdə olarkən guya bildirib ki, Demokratların milli konqresinin serverlərinin sındırılmasının arxasında məhz o durur. Bu informasiya Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi haqqında təhqiqatın başlanmasına səbəb olub. Bu zaman Qalkina özü yayılan məlumatı yalan adlandırıb.