Tom de Vaal: ‘Dağlıq Qarabağın qalan hissəsinin qaytarılması real görünmür’

Tom de Vaal: ‘Dağlıq Qarabağın qalan hissəsinin qaytarılması real görünmür’
11 Noyabr 2020
Mətni dəyiş

Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış britaniyalı jurnalist Tom de Vaal AzadlıqRadiosuna müsahibəsində deyir ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmaya görə, Dağlıq Qarabağın hazırda ermənilərin nəzarətində olan hissəsi Azərbaycana qayıtmır.

“Razılaşmada Qarabağın gələcək statusu ilə bağlı heç nə deyilmir. Məncə, bu çox müdrik yanaşmadır, hesab etmirəm ki, bu məsələ həllini tapa bilər. Azərbaycanın mövqeyi indi daha güclüdür. İndi prioritet işğaldan azad olunmuş bölgələrdə tikinti quruculuq işləri aparmaq, köçkünlərin qayıtmasına, müəyyən sabitliyə nail olmaqdır. Bu, yəqin ki, beş il çəkər. Daha sonra Qarabağın statusunu müzakirə etmək olar. Hesab edirəm ki, indi diqqət yetirilməli olan məsələ köçkünlərin qayıtması və tikinti quruculuq işləridir”.

Tom de Vaal deyir ki, Azərbaycan bu razılaşmadan 90 faiz qazanıb, ətraf rayonları və Şuşa şəhərini azad edib. Onun sözlərinə görə, yaxın zamanlarda Dağlıq Qarabağın qalan hissəsinin qaytarılması real görünmür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun