Tezliklə itlərdən koronavirusun aşkarlanmasında istifadə oluna bilər

Tezliklə itlərdən koronavirusun aşkarlanmasında istifadə oluna bilər
17 Noyabr 2020
Mətni dəyiş

Alimlərin son araşdırmaları göstərir ki, itlər hazırda COVID-19-un aşkarlanmasında insanlara kömək edə bilər. İlkin sınaqlar itlərin yoluxmuş şəxsləri dəqiqliklə müəyyənləşdirə bildiyini göstərir. Bu, onlardan pandemiya ilə mübarizədə yaxın zamanlarda istifadə edilə biləcəyi ilə bağlı ümidləri artırıb.

Kossi və Miina koronavirusla mübarizədə Finlandiyanın ən yeni metodudur.

Bu qoxu duyğuları yüksək olan itlər paytaxt Helsinkinin Vanataa hava limanında onların misilsiz iybilmə qabiliyyətlərindən istifadə edilərək, COVID-19 xəstəliyi daşıyıcısı olan sərnişinləri aşkarlamaq üçün fəaliyyətə başlayıb.

İlkin nəticələr olduqca ürəkaçandır. İtlərin xəstəliyi aşkarlama nisbəti yaxma və PCR testləri ilə aşkarlama nisbətinə çox yaxındır. Vantaa Bələdiyyə sədrinin müavini Timo Aronkyto bildirir ki, "Biz hava limanında təxminən 16-17 min PCR test edirik və bunların cəmi 1 fazindən azında nəticələr müsbət çıxır. Əgər itlərin aşkarladığı bu nəticələri PCR testlərlə müqayisə etsək, bu nəticələrdə də 1 faizən azında müsbət nəticə əldə edirik. Fikrimcə, burada statistik olaraq fərqin olmadığını görürük."

Tədqiqatçılar isə bildirir ki, əslində itlər yoluxma hallarını yaxma testlərindən daha çox aşkar edir. Bu səbəbdən də itlər yaxma testlərini geridə qoyur.

İtlərdən əvvələr başqa xəstəliklərin də aşkar edilməsində istifadə olunub. Professor Cames Loqan koronavirus yayılmağa başladığı vaxt itlərdən malyariya xəstəliyinin aşkarlanmasıda istifadə olunmasına imkan yaradan lahiyhə üzrəində işləyirdi. London Gigiyena və Tropik Tibbi Məktəbidən proffesor Cems Loqan deyir ki, “İtin burnu aşkar etmə qabiliyyətinə görə tamamilə heyrətləndiricidir. Biz bir trilyon hissəciyin içindən bir neçəsinin tapılmasından söhbət açırıq. Bu sanki Olimpiya oyunlarında iki üzgüçülük hovuzunda bir çay qaşığı şəkəri axtarmaq kimi bir şeydir."

Hazırda itlərin virusu aşkar edə bilib-bilməməsi üzərində iş aparıran loqan bildirir ki, "Bu, əslində virusun özünün tapılması deyil. Bu, virusun bədənimizə təsiri nəticəsində bədənimizdə iyin dəyişməsidir ki, itlər də bunu aşkara çıxara bilir."

ABŞ, Finlandiya, İngiltərə və Livan da daxil olmaqla bir çox ölkərdə itlərdən koronavirusun aşkarlanmasında istifadəyə dair sınaqlar davam edir. Tezliklə bir çox sınağın yekunlaşacağı gözlənilir. Əgər nəticələr uğurlu olarsa, dünyanın bir çox yerlərində itlərdən belə detektor kimi istifadə edilə bilər.

Cems Loqan bildirir ki, "İnsanların bir-biri ilə sıx kontakda olduğu mühitlərdə bu itlərdən uğurla istifadə oluna bilər. Beləliklə, hava limanları, portlar, bəlkə də şəhərətrafı qatar stansiyaları, hətta iş yerləri və xəstəxanalar, məktəblərdə bu təcrübədən geniş istifadə edilə bilər."

Beləliklə, insanın yaxın dostu tezliklə bəşəriyyətin hazırda ən böyük problemlərindən birində bizə kömək edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun