Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyan barədə sərt ifadələr işlədib. O, erməni xalqının Paşinyanı heç vaxt bağışlamayacağını bildirib.
News.am portalının noyabrın 30-da yaydığı məlumata görə, Ter-Petrosyanın mesajlarını onun adından mətbuat katibi Arman Musinyan "Feysbuk" hesabında paylaşıb.
Dünən baş nazir Nikol Paşinyan keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryanın Moskvaya səfər hazırlığından danışmışdı. Paşinyanın sözlərinə görə, ona Putinin keçmiş prezidentləri xüsusi səfir kimi qəbul etməsi üçün vasitəçi olmaq rolu təklif olunub, amma müxtəlif anlaşılmaz səbəblərdən səfər baş tutmayıb.
"Ter-Petrosyan hesab edir ki, bu ziyanvericinin dediklərini şərh etmək mənasızdır. Qoy nə istəyir danışsın. Onunsuz da onun bəraət qazanmaq şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq", - A.Musinyan keçmiş prezidentin mesajını çatdırarkən yazıb.