İran dövlət televiziyasının məlumatına görə Tehran Britaniya-Avstraliya ikili vətəndaşlığı olan alim Kayli Mur-Gilberti həbsxanadan azad edib.
Mur-Gilbert İrana qarşı casusluğa görə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
İran televiziyası bildirir ki, Mur-Gilbert xaricdə həbsxanada olan üç iranlının azadlığıa buraxılması müqabilində azad edilib.
İran dövlət televiziyasının Iribnews saytı bildirir ki, Mur-Gilbert xaricdə saxlanan üç İran vətəndaşının azadlığa buraxılmasına əvəz olaraq azad edilib.
Melburn Universitetində İslam araşdırmalarından mühazirə oxuyan Mur-Gilbert 2018-ci ildə casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilərək Tehranın Evin həbsxanasına salınmışdı.
Son aylarda alimin azad edilməsi üçün İran hökumətinə ciddi beynəlxalq təzyiq göstərilirdi.
Vəkilləri Mur-Gilbertin sağlıq durumunun pisləşdiyini bildirirdilər.
Bundan sonra xanım Mur-Gilbert təkadamlıq kamerasından Qarçak həbsxanasına köçürülmüşdü.
Bu həbsxanada koronovirus epidemiyasının tüğyan etdiyi barədə xəbərlər vardı.
Ötən yanvarda Britaniya mediası xanım Mur-Gilbertin həbsxanadan yazdığı məktubu dərc etmişdi.
Bu məktubda alim bildirirdi ki, o İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatı üçün işləmək barədə təklifi rədd edib.