Tbilisidə müxalifətin növbəti aksiyası keçirilir

Tbilisidə müxalifətin növbəti aksiyası keçirilir
14 Noyabr 2020
Mətni dəyiş

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında müxalifət partiyalarının növbəti aksiyası keçirilir.

Şəhərin mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.

Aksiyanın əsas tələbi təkrar parlament seçkilərinin keçirilməsi, Mərkəzi Seçki Komissiyası sədrinin istefası və müxalifətin siyasi məhbus hesab etdiyi bir neçə şəxsin azadlığa buraxılmasıdır.
Mitinqdə oktyabrın 31-də keçirilən parlament seçkiləri nəticəsində deputat mandatları qazanan Vahid Milli Hərəkat, Avropalı Gürcüstan və digər partiyaların üzvləri və tərəfdarları iştirak edirlər.
Müxalifətin eyni tələblərlə son aksiyası noyabrın 8-də baş tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun