Şuşa-Laçın yolunda döyüşlərin getdiyi bildirilir

Şuşa-Laçın yolunda döyüşlərin getdiyi bildirilir
5 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 3-də Laçın-Şuşa yolu boyunca döyüşlər başlayıb, bu səbəbdən noyabrın 4-də həmin trassda hərəkət qadağan edilib.

Bu barədə Qarabağda olan rusiyalı jurnalistlər bildiriblər. Həmçinin, separatçı rejimin 'rəsmiləri' də açıqlama yayıblar ki, Şuşa-Laçın yolu təhlükəsizlik səbəbindən bağlanır.

Turan-ın məlumatına görə, hadisə yerindən video-reportajlara əsasən, Azərbaycanın kəşfiyyat qrupları bu strateji trass boyunca yüksəklikləri tutublar və erməni mövqelərinə zərbələr endiriblər.

Ermənilər artıq üçüncü gündür ki, bildirirlər, Azərbaycan Silahlı Qüvvələrinin dəstələrini dəf ediblər, lakin hadisə yerindən reportajlardan görünür ki, yol minaatanlardan, artilleriya və dronlardan atəşə tutulur.

Trassa həmçinin ermənilərin canlı qüvvəsi də çıxarılır ki, Azərbaycanın hücum edən bölmələrinin qarşısını alsın, ermənilər üçün işləyən rusiyalı jurnalistlər etiraf edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun