Rusiya mətbuatı Qarabağda yerləşdiurilən və təmas xəttində atəşkəs rejiminə nəzarət edən sülhməramlılardan reportaj hazırlayıb.
Modern.az xəbər verir ki, reportajda Laçın dəhlizi boyunca, həmçinin, Turşsu kəndindəki keçmiş “sovxoz” ərazisində, Şuşa ilə Xankəndini birləşdirən yolda quraşdırılan postlarla tanış olublar.
Sülhməramlı qüvvələrin komandan müavini, polkovnik Aleksey Polyuxoviç tətbiq edilən qaydalar barədə danışıb.
“Gorusdan Laçın vasitəsilə Xankəndinə gələn yol tam nəzarətimiz altındadır. Mülki şəxslər yoldan rahat istifadə edə bilərlər. Bunun üçün yol boyu postlar quraşdırılıb, hərbi maşınlar və pilotsuz uçuş aparatları yolda monitorinq aparır”.
Polyuxoviç sülhməramlılara hansıl hallarda atəş aça biləcəkləri barədə də sərt təlimat verilib.
“Sülhməramlı kontongentin şəxsi heyətinə atəş açmaq ciddi şəkildə qadağan olunub. Yalnız istisna hallarda, özünümüdafiə üçün silahdan istifadə oluna bilər”.
Polkovnik hərbçilərin hamısının müqaviləli hərbi xidmət keçdiklərini, əksəriyyətinin xarici dil biliklərinin olduğunu əlavə edib.
Laçın dəhlizi vasitəsilə Xankəndinə və əks istiqamətdə silah-sursatın daşınması qadağan olunub. Bunun üçün avtomobillər saxlanılır, sülhməramlıları nəqliyyat vasitəsinin yük yerini yoxlayır.