Beləliklə, Qarabağda sülhə doğru çoxillik və çoxdanışıqlı yol həlledici mərhələyə qədəm qoyur. 40 günlük amansız müharibə hər növ silahlarla komplektləşdirilmiş və güclü fortifikasiya qurğuları ilə möhkəmləndirilmiş 30 minlik erməni hərbi qruplaşmasının darmadağın edilməsi ilə başa çatdı. Sanki, dağ şəraitində əlçatmaz müdafiə Azərbaycan əsgərinin ayaqlarına düşdü.
Mahiyyətcə, bu, Ermənistanın sülhə məcbur etmək üzrə beynəlxalq əməliyyatın hərbi hissəsi idi. 1921-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən süni yaradılan anklavın itirilməsi ilə barışmağa məcbur olduqdan sonra Ermənistan 1994-cü ildə müharibədə qalib hüququ ilə silahlanaraq, de-fakto da olsa Qarabağın müstəqillik statusunu möhkəmləndirdiyi bir şəraitdə münaqişənin bu hərbi nəticəsi qaçılmaz idi.
Lakin bu strategiyada Ermənistan bir şeyi nəzərə almayıb: belə sonluq beynəlxalq vasitəçilərə lazımdırmı və onlar bunda maraqlıdırmı? İstisnasız olaraq bütün vasitəçilər regionda öz maraqları və məqsədləri şərtilə aralıq vəziyyətin, yəni ərazi bütövlüyü çərçivəsində özünütəyinetmənin saxlanmasında maraqlı olublar və maraqlıdırlar, çünki bu, Cənubi Qafqazda ən mühüm oyunçu olan Azərbaycanın enerji sərvətləri, strateji yeri, İran, Rusiya, Xəzər, Gürcüstanla sərhədləri baxımından ona müəyyən nəzarət etməyə imkan verir. Bu, son iyirmi ildə tikilmiş boru kəmərləri, yollar, terminallar, limanlarla əhatə olunmuş coğrafi nəqliyyat xabıdır.
Bu, təbiidir ki, ATƏT-in Minsk Qrupu üzvlərinin hər birinin bu ölkədə öz maraqları var və regionun regionun bu mərkəzi nöqtəsində nüfuz uğrunda bir-biri ilə rəqabət aparır. Biz transmilli şirkətlərin və Minsk Qrupuna daxil olmayan bir sıra dövlətlərin, məsələn, İranın, İsrailin maraqları barədə danışmayacağıq.
Ermənistan uzun danışıqlar illəri ərzində eşitməyiş, daha doğrusu, eşitmək istəməyib ki, statusun saxlanması - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünütəyinetmə regionun işlərində maraqlı olan ölkələrin daha rahat və məqbul iştirak formasıdır.
Münaqişənin bu cür başa çatması bu gün düşmən olan iki ölkə, xüsusilə də Azərbaycan üçün "Axilles dabanı” statusunu saxlamaq və gələcəkdə qarşıdurmadan imtinaya məcbur etməkdir.
Əgər biz bu ölkələrin əmtəə dövriyyələrinə, Ermənistanla müqayisədə onların kapitalının Azərbaycanda iştirakına nəzər salsaq, onda başa düşə bilərik ki, bu gün, COVİD-19 üzərindəki qələbədən sonra qaçılmaz olacaq yeni dünya iqtisadi bumu ərəfəsində, bazarların koronavirus pandemiyası ilə boşalmasından sonra misli görünməmiş tələb və təminedici təklifin yüksəklərə qalxacağı şəraitdə maraqlar harada yerləşir və bu maraqların genişlənməsinə və təsdiqlənməsinə kim mane olur. Ümumiyyətlə, məsələ o qədər də koronavirusda deyil, dünya iqtisadiyyatının temperaturunun artması və enməsi tsiklindədir.
Xalqların sülhə hazırlanması-diaqnoz
2016-cı ilin aprelində Ermənistan və Azərbaycan arasında Qarabağda üçgünlük müharibənin erməni isteblişmentini dəhşətə gətirdiyi bir vaxtda gələn zəng Yerevanda rədd edilmədi. Avropa İttifaqının irəli sürdüyü və Minsk Qrupu həmsədrlərinin dəstəklədiyi "xalqların sülhə hazırlığı" adlı növbəti proqram Azərbaycan və Ermənistanda ictimai əhval-ruhiyyəni araşdırmağa yönəlmişdi.
"Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasi həlli var. Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin səylərini tam şəkildə davam etdirir. Bu səylər Helsinki bəyannaməsinin əsas prinsiplərinə əsaslanmalı olan məsələnin ədalətli və uzunmüddətli həllinə yönəlib”,- Avropa Şurasının sədri Donald Tusk 10 iyul 2019-cu il tarixində Bakıda bəyan edib. Lakin onu da xüsusilə vurğulamağı vacib sayıb ki, “Avropa İttifaqı Azərbaycanın suverenleyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir”.
Sonra o qeyd edib ki, Brüssel erməni və Azərbaycan cəmiyyətlərinin Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına hazırlanması üçün səy göstərmək niyyətindədir.
Əslində, Avropa və Amerika ekspertlərinin iştirakı ilə müxtəlif səviyyəli və formatlı xalq diplomatiyası çərçivəsində Ermənistan-Azərbaycan görüşləri keçirilmişdi. Rusiya da belə addımlar atmışdı. Bütün bu görüşlər erməni ictimaiyyətində ekspansionizm kompromislərə hazır olmamaq xəstəliyinin diaqnozunu qoymuşdu. Bu proqram azərbaycanlılarla ermənilərin əks baxışlarını aydın şəkildə nümayiş etdirdi. Birincilər bütün qeyri-mümkün kompromislərə və inteqrasiya modellərinə yalnız Qarabağın Azərbaycanın tərkibində de-yure Qarabağ şərtilə, ikincilər isə yalnız müstəqillik və Azərbaycanla inteqrasiyadan kənarda inkişaf şərtilə hazır idi.
Bu gün erməni ictimai xadimləri (rusiyalı kinorejissor Karen Şahnazarov) açıq etiraf edirlər ki, Ermənistan Azərbaycan, Gürcüstan, İran və Türkiyənin timsalında özünün yeganə sərhəd qonşuları ilə gərgin və düşmənçilik münasibətləri qurub. Ermənilərin iddiaları və özü haqda əsassız olaraq şişirdilmiş rəyi münaqişə düyünü yaradıb ki, bunu ATƏT və Rusiyanın Sürix, Kazan, Madrid və digər təşəbbüsləri ilə çözmək mümkün olmayıb.
Daha geniş miqyaslı cərrahi müdaxilə qaçılmaz oldu. Məsələ Paşinyanda deyil. O, çevriliş nəticəsində hakimiyyətə gəlməmişdi, erməni xalqının əksəriyyəti tərəfindən seçilmişdi. Erməni xalqı ona Ermənistanın, o cümlədən Qarabağ münaqişəsinin idarə olunması üçün mandat vermişdi. Qarabağda baş verən fəlakət kompromissiz ictimai baxışın, Qarabağın müstəqilliyini istəməyin və bütün regional və qeyri-regional qonşulara qarşı iddiaları saxlamağın nəticəsidir. Adətən belə fəlakətlər zamanı xalq öz hökmdarlarını devirir. Amma bu, Ermənistanda baş vermədi, çünki Paşinyan erməni xalqının iradəsini həyata keçirirdi. Bu, kollektiv məsuliyyətdir və bundan sonra gələcəkdə Ermənistanın yerini tapmaq da kollektiv ideya olacaq.
Rusiya-Türkiyə -tandem
Ön Asiya və digər regionlarda dünya çağırışlarını uğurla həll edən Rusiya və Türkiyə sülhə məcburetmənin moderatorları rolunda təsadüfən çıxış etmədilər. Hər iki dövlət regional fövqəldövlətlərdir və digər nöqtələrdə olduğu kimi, Qafqaz regionunda da əsrlər boyu rəqabət aparırlar. 21 əsrin əvvəllərində Putin və Ərdoğanın hakimiyyətə gəlişilə son illər hər iki ölkə iqtisadi, ticarət və mədəni əlaqələri Türkiyə-Rusiya münasibətləri tarixində olmadığı qədər genişləndiriblər. Belə demək olar ki, ölkələr terrorizm, radikal cərəyanlara qarşı birbaşa təmasda mübarizə aparırlar, Suriya və Liviyada uğurla qarşılıqlı fəaliyyət göstərirlər. Hər iki tərəf Böyük Şərqdə sabitliyin qorunması üçün ticarətin və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə dair planlar qurur. Hər iki ölkənin Azərbaycanla sıx əlaqələri var. Türkiyə "bir millət, iki dövlət" ideyası çərçivəsində, Rusiya isə "postsovet Avrasiya inteqrasiyası" çərçivəsində. Rusiya və Türkiyənin Ermənistanda da maraqları var, əsas ideya ölkəni təcriddən çıxarmaq və Cənubi Qafqazda sabitlik zonası yaratmaqdan ibarətdir. Hər iki halda Qarabağ münaqişəsi bu iki dövlətin regionda maraqlarının reallaşmasında əsas maneə olaraq qalır. Hər iki dövlət Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun üzvüdür. Rusiya üç həmsədrdən biri, Türkiyə isə Minsk qrupunun 9 üzvündən biridir.
Türkiyə və Rusiyanın açıq şəkildə qarşılıqlı fəaliyyəti sentyabrın 27-də başlayan hərbi əməliyyatların ilk günlərindən başladı. Prezidentlər, xarici işlər və müdafiə nazirləri səviyyəsində aparılan danışıqlar və məsləhətləşmələrin Azərbaycanla danışıqlardan daha çox olması göstərir ki, həm siyasi, həm də hərbi baxımdan vəziyyətin idarə olunmasını koordinasiya ediblər. Rusiya prezidentinin mətbuat katibi Peskov münaqişənin ilkin mərhələsində açıq şəkildə bəyan etmişdi ki, tərəflər aktiv qarşılıqlı fəaliyyət göstərir və prezident Əliyevlə məsləhətləşmələr lazım gələrsə, baş tuta bilər.
Dağlıq Qarabağ münaqişəsi mövzusunda Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu, eləcə də Rusiya-Ermənistan dialoqu yüksək səviyyədə və daimi əsaslarla həyata keçirilir, - o, oktyabrın 6-da bildirib.
Bu kontekstdə biz iki paralel əlaqə xətti müşahidə etdik: Moskva-Yerevan və Ankara-Bakı. Moskva Azərbaycan qoşunlarının uğurla irəliləməsi mərhələsində prezidentlər səviyyəsində Bakı ilə fəal təmasda olmağa başladı. Putin Əliyevlə ilk dəfə telefonla oktyabrın 9-da, yəni müharibənin başlanmasından 2 həftə sonra danışdı və bundan sonra da daimi əlaqə oldu.
Rusiya və Türkiyənin bu qarşılıqlı fəaliyyəti Suriya və Liviya əməkdaşlığını çox xatırladır və demək olar ki, burada Ermənistan-Azərbaycan münaqişəsində bu cür qarşılıqlı fəaliyyətin aprobasiyasını müşahidə edirik.
Əlvida, qalib sindromu
Lakin ərəb Şərqində olduğu kimi, burada da ATƏT-in Minsk Qrupunun digər iki həmsədrinin -ABŞ və Fransanın (oxu Aİ) maraqları birləşir. Orada olduğu kimi, burada da belə təsəvvür yaranır ki, bu güc mərkəzləri özlərini kənarlaşdırıblar, arada özlərini sülhyaratma və qarşıdurma xarakterli ayrı-ayrı bəyanatlar, təşəbbüslərlə xatırladırlar.
2018-ci il ərzində Aİ, ABŞ və Rusiya ilə ticarət dövriyyəsi, milyard dollar
Zahirən bu, regionda, o cümlədən energetika, kommunikasiya sahəsində əsas investorlar və iri layihələrin iştirakçıları, əsas ticarət tərəfdaşları olduqları Azərbaycanda onların maraq statusu ilə heç cür uzlaşmır.
Bütün bunlar belə fikir yaradır ki, bu güc mərkəzləri nəinki münaqişənin hərbi fazasının başa çatmasında, həm də onun yaranmış yeni status-kvo şəraitində həllində (Ermənistan danışıqlarda Azərbaycanın işğal edilmiş 7 rayonu kimi mühüm kartları tirib) maraqlıdır.
İndi, ermənilərin əbədi qalib sindromunun sındırıldığı və münaqişə meydanında heç-heçənin yarandığı şəraitdə -Azərbaycanın 1994-cü ildəki məğlubiyyəti və Ermənistanın hazırkı məğlubiyyəti- tərəflərə razılığa gəlib məsələni yekun olaraq həll etməkdən başqa heç nə qalmır. Xüsusilə Ermənistan tərəfinin regional təcriddən çıxmasq üçün buna ehtiyacı var.
40 günlük müharibənin nəticələrinin əsas əhəmiyyəti Ermənistanın bütün qonşuları ilə münasibətləri normallaşdırmasından, sərhədlərin açılmasından və son yüz ildə "Ermənistan dənizdən - dənizə" erməni milli ideyasının üstünlük təşkil etdiyi ekspansionizm siyasətindən imtina etməkdən ibarətdir.
Sülhə məcbur edilmək, üstəlik Türkiyənin timsalında tarixi düşmənin iştirakı ilə, mərkəzində türklərə nifrət duran erməni milli ideyasının yenidən nəzərdən keçirilməsi üçün çox ciddi bir fürsətdir.
Sülh konfransına hazırlaşırıq
Rusiya və Türkiyənin iştirakı ilə sülhə məcbur edilməyə müvəqqəti zəruri addım kimi baxmaq lazımdır ki, bunun ardınca siyasətçiləri sülhə dəvət etməyin növbəti mərhələsi, daha sonra isə xalqları sülhə qaytarmağın növbəti mərhələsi olmalıdır.
Bu prosesin məntiqi addımı Minsk Qrupu, sonra isə Minsk konfransı çərçivəsində sülh danışıqlarının bərpası olmalıdır. Danışıqların bərpasını gələn ilin fevralında gözləmək lazımdır. Bu, münaqişə zonasında, yenidən dərketmə mərhələsində olan Ermənistanda vəziyyətin sabitləşməsi, yanvarın sonunda ABŞ-da yeni hökumətin fəaliyyətə başlaması, yeni fəaliyyət ilinin başlaması ilə bağlıdır.
Açıq müzakirə mövzusu olmalı məsələlərdən biri Qarabağda Rusiya qoşunlarının statusu, ATƏT-in 1994-cü il Budapeşt sammiti tərəfindən müəyyən edildiyi kimi, onların ATƏT-in himayəsinə keçirilməsi olmalıdır. O zaman sammit qərar qəbul etmişdi ki, Qarabağda sülhməramlı kontingent ATƏT-in himayəsi altında olacaq və sülhməramlı qüvvələrin tərkibində heç bir ölkə 30%-dən çox iştiraka malik ola bilməz. Odur ki, biz Rusiya qruplaşmasının digər ölkələrdən, məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert О'Brayenin oktyabrın 31-də Los-Ancelesdə erməni diasporunun nümayəndələri qarşısında dediyi kimi, Skandinaviya ölkələrindən olan sülhməramlılarla tamamlanmasını gözləyə bilərik.
"Biz hesab edirik ki, hər iki ölkə (Ermənistan və Azərbaycan) Skandinaviya sülhməramlılarını qəbul etməlidir və biz atəşkəs rejiminə əməl olunması üçün regionda yerləşdiriləcək sülhməramlı qüvvələrin yaradılması ilə bağlı Skandinaviya hökumətləri ilə işləyirik”.
O, ATƏT -in Minsk Qrupuna həmsədrlik edən ölkələrin (RF, ABŞ, Fransa) və ya qonşu ölkələrin, o cümlədən Türkiyənin sülhməramlı qoşunlarının yerləşdirilməsinin yolverilməz olduğunu qeyd edib.
Odur ki, bu mövzuda müzakirələri gözləmək lazımdır. Düşünmürük ki, sülhməramlı qüvvələrin bu cür yerləşməsinin əleyhinə olacaq, belə ki, o, regiona qoşunlarını həm də öz maraqlarını qorumaq üçün göndərib. Minsk Qrupunun bütün iştirakçılarının regionda maraqları isə üst-üstə düşür - sabitlik, təhlükəsizlik, proqnozlaşdırma imkanları və biznes. Digər tərəfdən, nə Ermənistan, nə də Azərbaycan Rusiya qoşunlarının münaqişə zonasında eksklüziv iştirakında maraqlı deyil və iki ölkənin siyasi elitası bunu qızğın şəkildə nümayiş etdirir. Bəlkə də bu gün onları birləşdirən yeganə məqam budur.