Dağlıq Qarabağdakı qondarma respublikanın administrasiyası Ermənistanın paytaxtı Yerevana köçürülüb.
Bu barədə separatçıların başçısı Arayik Harutyunyanın sosial şəbəkə hesablarında açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, administrasiya “fəaliyyətini” müvəqqəti olaraq Ermənistan Respublikasında “davam etdirəcək”.