Qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyində təmsil olunan bir sıra şəxslər tutduqları "vəzifələrindən" çıxarılıblar.
Bu barədə Ermənistan mətbuatı xəbər verir. Məlumata görə, separatçıların rəhbərinin köməkçisi Rudik Martirosyan tutduğu "vəzifə"dən kənarlaşdırılıb.
İşdən çıxarılanlar arasında “baş prokuror”un müavinləri Erik Verdiyan və Sasun Qabrielyan, “Statistika Şurası”nın üzvü Armen Soqomonyan da var. Separatçıların qondarma “Mərkəzi Seçki Komissiyası”nın üzvü Yeqiş Soqomonyanın səlahiyyətinə vaxtından əvvəl xitam verilib.
İşdən qovulanlar arasında həmçinin “əmək, sosial və mənzil məsələləri üzrə nazir”in birinci “müavin”i Arkadi Soqomonyan da var. “Şəhərsalma naziri”nin müavini David Avanesyan, “Təhsil və Elm Nazirliyi”nin aparat başçısı Erik Qriqoryan, Gəlirlər Komitəsi aparatının başçısı Qaqik Ayrapetyan və digərləri işdən qovulanlar arasındadır.