Çərşənbə axşamı ABŞ-ın bir çox şəhərində etirazçılar prezident seçkilərində səslərinin tam sayılmasını tələb etmək üçün küçələrə çıxıb. Tramp tərəfdarı olan daha kiçik qruplar isə Miçiqan və Arizonada səslərin sayıldığı mərkəzlərin qarşısında toplaşıb.
Çərşənbə günü dinc nümayişlərdən sonra gecə saatlarında Nyu York polisi onlarla insanı həbs edib. Rəsmilər yanğınlar törədən kiçik bir qrupla polis arasında toqquşmaların olduğunu bildirib.
Etirazçılar Çikaqo, Los-Anceles, Siyetl, Hyuston, Pittsburq, Minneapolis və San-Diyeqo şəhərlərində yürüşə çıxıb. Nümayişçilər səslərin sayılması tələbi ilə yanaşı, bu il Birləşmiş Ştatlarda çoxsaylı etirazlara səbəb olan irqi bərabərsizliyə də etiraz edib.
Polisin Oreqon ştatının şimal-qərbindəki Portland şəhərində qiyam qaldırdığı və həbslər barədə məlumat verməsindən sonra ştatın qubernatoru Keyt Braun milli qvardiyanı aktivləşdirib.
Oreqon ştatında altı və ya daha çox insanın "ictimai həyəcana səbəb olan hər hansı hərəkəti və ya zorakı davranışı" qiyam hesab edilir. Bu şəhər irqi ayrı-seçkiliyə qarşı demək olar ki, hər gecə etiraz aksiyalarının keçirildiyi yerdir və polisin qiyamla bağlı bəyanatları nadir hal deyil.
[gallery ids="90072"]Prezident Donald Trampın tərəfdarları səslərin sayılmasının dayandırılması tələbi ilə Miçiqan ştatının Detroyt şəhərində səslərin sayıldığı mərzəkə gedib. Daha sonra Arizona ştastının Fineks şəhərində keçirilən mitinqdə iştirakçılar “Oğurluğu dayandırın” şüarları səsləndirib.
Nümayişlər çərşənbə axşamı seçkilərin nəticəsinin bəlli olmaması və prezidentin seçikilərin saxtalaşdırıldığı ilə bağlı əsassız iddialar irəli sürməsindən sonra başlayıb. Respublikaçılar bir çox seçki iddiası qaldırıb.