Səslərin hələ də sayıldığı Corciya və Pennsilvaniyada Bayden Trampdan önə çıxıb

Səslərin hələ də sayıldığı Corciya və Pennsilvaniyada Bayden Trampdan önə çıxıb
7 Noyabr 2020
Mətni dəyiş

Cümə günü səhər saatlarına olan son hesablamalar Demokrat namizəd Co Baydenin Corciya və Pennsilvaniya ştatlarında Prezident Donald Trampdan önə keçdiyini göstərir.

Tramp kampaniyası hələ ki, "bu seçkinin bitmədiyini" deyərək, prezidentin cüzi səs fərqi ilə qızğın yarışların getdiyi ştatlarda qalib çıxacağını bildirir. Tramp kampaniyası həmçinin seçki saxtakarlığı və qanunauyğunsuzluqlarla bağlı əsaslandırılmamış iddialarla məhkəmələrə müraciət edib.

Bayden hazırda həm ümumi səsvermədə, həm də 253-214 səs fərqi ilə elektoral səslərdə öndə gedir. Prezident seçkisinin qalibi olmaq üçün namizədlərə 270 elektoral səs lazımdır.

Seçkinin nəticəsini müəyyən edəcək dörd ştatda səslər hələ də hesablanmaqda davam edir: Arizona və Nevadada Bayden bir neçə gündür öndə olub, cümə günü səhər saatlarına olan məlumata görə isə Bayden Pensilvaniyada 5,587, Corciyada isə 1097 səslə Trampdan önə çıxıb.

ABŞ-ın Elektoral Kollegiya sisteminə əsasən, Meyn və Nebraska istisna olmaqla hər bir ştatda səs çoxluğunu qazanan namizəd həmin ştatın bütün elektoral səslərini qazanır. Ştatların elektoral səsləri isə əhalilərinin sayına müvafiq müəyyən olunur.

Tramp dəlil olmadan cümə axşamı Demokratları onun yenidən prezident seçilməsinin qarşısını almaq üçün kütləvi fırıldağa və pozuntulara əl atmaqda ittiham edib.

“Bu elə bir haldır ki, burada onlar seçkiləri oğurlamağa çalışırlar, onlar seçkini saxtalaşdırmağa çalışırlar və biz buna imkan verə bilmərik,” Tramp mətbuat konfransında bildirib.

Bayden isə günün əvvəlində ştatlarda rekord sayda verilən səslər sayıldığı vaxt səbrli olmağa çağırıb. Belə ki, bu ilki seçkilərdə 150 milyondan çox amerikalı səs verib.

"Hər bir bülleten sayılmalıdır. Və biz buna nail olunduğunu görəcəyik. Və belə də olmalıdır. Demokratiya bəzən səliqəsiz olur,” Bayden brifinqdə bildirib.

Hesablamalar davam edir

Bayden 11 elektoral səsə sahib Arizonada və altı elektoral səsə sahib Nevadada üstünlüyünü qoruyub saxlasa, Corciya və Pennsilvaniyadakı səsvermənin nəticələrinən asılı olmayaraq tələb olunan 270 səsi əldə edərək yanvar ayında keçiriləcək inaqurasiyada ölkənin 46-cı prezidenti olacaq.

Tramp isə öndə gəldiyi bütün ştatlarda üstünlüyünü qoruyub saxlamalı, bundan əlavə isə hazırda Baydenin öndə olduğu Nevada və ya Arizonada qalib gəlməlidir.

Pensilvaniya və Corciyada səslər hesablanmağa davam etdikcə Trampın üstünlük təşkil etdiyi səslərin sayı azalıb. Pensilvaniya ştatının dövlət katibi Kati Bukvar cümə axşamı yerdə qalan səslərin demək olar hamısının poçtla göndərilən bülletentlərin olduğunu söyləyib. Poçtla göndərilən səslərdə isə Bayden əhmiyyətli üstünlüyə malikdir.

Baydenin kampaniyası tərəfdarlarını koroanvirus pandemiyası zamanı poçtla səs verməyə çağırıb, Tramp isə dəlil irəli sürmədən poçtla səsverməni sual altına alıb.

Tramp Baydenin xeyrinə çıxan son səslərin Demokrat qubernatorları olan ştatlardakı saxtakar seçki aparatı tərəfindən seçkiyə mümkün müdaxilənin nəticəsi olduğunu söyləyib.

"Biz bütün mühüm yerlərdə çox böyük fərqlə ilə öndə gəlirdik, sonra isə bizim səslərimiz möcüzəvi bir şəkildə azalmağa başladı,” Tramp deyib.

Pensilvaniya 20 elektoral səsə malikdir. Tramp hələ də rəsmi olaraq elan olunmayan iki ştatda Alyaska və Şimali Karolinada böyük səs fərqi ilə öndədir.

Cümə günü səhərə olan məlumata görə, Bayden altı elektoral səsə sahib Nevadada 11,500 səs fərqi ilə öndədir, 11 elektoral səsi olan Arizonada isə 47,000 səslə öndədir. Hər iki ştatda hələ hesablanmayan səslər var.

Bayden ümummilli seçkidə 73.5 milyon səslə 69.5 milyon səs alan Trampdan öndədir. Lakin seçkinin yekun qalibini Elektoral Kollegiya müəyyən edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun