Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi

Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi
6 Noyabr 2020
Mətni dəyiş

“Son günlər erməni radikallarının təxribatçı fəaliyyətləri, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik”.

Bu Azərbaycanın Vaşinqtondakı səfirliyinin ABŞ-da yaşayan azərbaycanlılara müraciətində qeyd olunub.

Diplomatik korpus Azərbaycan icmasına müraciətində həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağa çağırıb:

“Həmvətənlərimiz hər hansı təhlükə yaradan hallarla qarşılaşdıqları təqdirdə yerli mühafizə orqanlarına və səfirliyin +1 202-560-3583 nömrəsi ilə əlaqə saxlasınlar”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun