Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev müsahibəsini yayımlamaqdan imtina edən "Frans Press Agentliyi"ni və "Le Fiqaro” qəzetini qınayıb. Bu barədə o, "Tvitter" hesabında yazıb. "Müsahibəmin yayımlanmasına icazə verməyən AFP-yə və müxbiri Didier Laurasa ayıb olsun. Bizə söz verməkdən və məqalələrimizin dərcindən imtina edən "Le Fiqaro”ya, belə mövqe tutan başqa KİV-ə də ar olsun. Fransada ifadə azadlığı bu şəkildə "işləyir"", - deyə səfir bildirib. Agentlik isə "müsahibənin məzmunu nəzərə alınaraq" yayımlanmamasına qərar verdiyini açıqlayıb.