Rusiyada millətçilər ‘anti-Putin’ aksiyası keçiriblər

Rusiyada millətçilər ‘anti-Putin’ aksiyası keçiriblər
5 Noyabr 2020
Mətni dəyiş

Rusiyanın Sibir bölgəsindəki Barnaul şəhərində Rusiya millətçilərinin tərəfdarları Milli Birlik Gününü anti-Putin etirazı ilə qeyd ediblər.

Noyabrın 4-də “Rusiya Yürüşü” deyilən tədbirə 100-dək iştirakçı qatılıb.

Onlar “Rusiya hər şeydir, qalanı heç nədir”, “Rusiya Sibirsiz ölüdür” plakatları qaldırıblar.

Bəzi etirazçılar Putini “avtokrat” olduğuna görə tənqid ediblər və Rusiyanın Uzaq Şərqindəki Xabarovsk şəhərində keçirilən etiraz aksiyalarına dəstək bildiriblər.

Rusiyanın Milli Birlik Günü 2005-ci ildə prezident Vladimir Putin tərəfindən təsis edilib.

Anti-Polşa günü?

Bu gün 1917-ci ildə baş vermis bolşevik inqilabı günü – 7 noyabrı əvəz etməli idi.

Amma əslində 1612-ci ildə Rusiyanın Polşa qüvvələri üzərində qələbəsinə həsr edilmiş 4 noyabr günü Rusiya rəsmiləri tərəfindən illərlə bayram kimi təbliğ edilib.

Bunun əvəzində Rusiyanın ifrat sağçı, millətçi və monarxist qrupları bu gündən ölkə boyunca antimühacir nümayişlərinin keçirilməsi üçün istifadə ediblər.

Bu nümayişlər zamanı bir çox hallarda etirazçılarla polis arasında toqquşmalar baş verib.

Buna baxmayaraq noyabrın 4-də keçirilən nümayişlərə çox az adam qatılıb.

Bu il Moskvada və Rusiyanın başqa böyük şəhərlərində koronavirus pandemiyası ilə bağlı kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Noyabrın 4-də Moskva polisi “Rusiya Yürüşü” keçirməyə cəhd edən 30 millətçi fəalı həbs edib.

Rusiyanın Milli Birlik günündə patriarx Kirill Qırmızı meydanda Kuzma Minin və Pojarskinin abidələrinə əklil qoyub.

Bu iki şəxs 17-ci əsrdə Polşa istilaçılarına qarşı müqavimətin liderləri olublar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun