Rusiya XİN: "Dağlıq Qarabağda ancaq rus sülhməramlıları yerləşdiriləcək"

Rusiya XİN: "Dağlıq Qarabağda ancaq rus sülhməramlıları yerləşdiriləcək"
10 Noyabr 2020
Mətni dəyiş
Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova bəyab edib ki, Dağlıq Qarabağda təmas xətti boyunca anxaq rus sülhməramlı qüvvələri yerləşdiriləcək.
Bu barədə Zaxarova "Exo Moskva" radiosunun canlı efirində danışıb.
"Sülhməramlı qüvvələrə aydınlıq gətirmək istərdim. Söhbət Rusiya Federasiyasının sülhməramlı qüvvələrindən gedir. Bəyanatın mətni yayımlananda, bu barədə şübhə qalmayacaq. Mən Kremlin saytında dərc olunmuş Rusiya prezidentinin bəyanatına diqqət çəkmək istərdim, burada söhbət Dağlıq Qarabağda təmas xətti boyunca rus sülhməramlılarının yerləşdirilməsindən gedir", - deyə Zaxarova vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun