Rusiya sülhəramlılarının komandiri: "Vəziyyət yavaş-yavaş sabitləşir"

Rusiya sülhəramlılarının komandiri: "Vəziyyət yavaş-yavaş sabitləşir"
14 Noyabr 2020
Mətni dəyiş

"Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur".

Bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətində bildirib.

O bildirib ki, üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00:00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir.

"Əsas odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun