"Status-kvonun dəyişməsi Dnestryanı bölgədə sabitliyin pozulmasına səbəb olar".
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova prezidenti Maya Sandunun “Dnestraynı bölgədə rusiyalı sülhməramlılar və silah-sursatları çıxarılmalıdır” bəyanatına cavab olaraq bildirib.
Peskovun sözlərinə görə, Rusiya Moldovanın bu bölgəsində çox vacib funksiyanı yerinə yetirir: “Biz hesab edirik ki, bütün bunlar müzakirə olunacaq və bu baxımdan heç bir sərt fəaliyyət göstərilməyəcək”
Mayya Sandu noyabrın 30-da keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlılarının Dnestryanı bölgədən çıxarılıb yerinə ATƏT-in mülki müşahidəçilərinin yerləşdirilməsini irəli sürüb.