"Bu çox sevindiricidir ki, 30 il sonra Azərbaycan xalqı öz torpaqlarına qayıdacaq. Ancaq biz unutmamalıyıq ki, bu savaş həmin 7 raypna görə başlamayıb. Bu savaş keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin kimə məxsus olması uğrunda başlanmış savaşdır. Başqa sözlə, biz Dağlıq Qarabağdan imtina etsəydik, heç o 7 rayonda işğal olunmazdı və Azərbaycan da onminlərlə şəhid verməzdi." Bu sözləri Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli canlı yayımda çıxışı zamanı bildirib. Əli Kərimli deyir ki, heç kəs bu savaşın həm də Dağlıq Qarabağın taleyi üçün başlanıldığını unutmamalıdır. Rusiya "sülhməramlılarının" Azərbaycana gəlişinə də münasibət bildirən Kərimli deyib ki, bu dövlət maraqlarına ziddir. "27 il sonra Azərbaycana "Sülhməramlı" adı altında Rusiya ordusu gəlir. Bu çox pis haldır. Biz bu ordunu Gürcüstandan, Maldovada "sülhməramlı" fəaliyyətindən tanıyırıq. Biz bu ordunun 366-cı alayının Xocalıdakı fəaliyyətini unutmamışıq. Biz bu ordunun 1920-ci ildə Türkiyəyə yardım adı ilə Azərbaycana girib, sonra nələr etdiyini də unutmamışıq. Ona görə də bunu açıq demək lazımdır ki, Rus qoşunlarının 27 il sonra "sülhməramlı" adı altında olsa belə Azərbaycana girməsi dövlət maraqlarımıza ziddir və biz bunun qəti şəkildə əleyhinəyik", - deyə Əli Kərimli bildirib. Əli Kərimli deyib ki, ötən müddət ərzində Azərbaycan hökumətinə xaricdən, xüsusən Rusiyadan çox ciddi təzyiqlər olurdu. Elə buna görə də mən dəfələrlə çıxış edib dövlətə dəstəyimizi bildirmişdim. Şuşa qələbəsinə görə onu təbrik etmişdim. Demişdim ki, Ilham Əliyev arxasında bizim, xalqımızın dəstəyini hiss edib bu təzyiqlərdən çəkinməsin. Onun sözlərinə görə, belə görünür ki, İlham Əliyev Rusiyanın təzyiqlərinə sona qədər tab gətirmədi. "Axı özü dəfələrlə Rusiyanın Azərbaycana "Sülhməramlı" adı altında qayıtmasının əleyhinə çıxış etmişdi. Nə oldu? Demək ki, təzyiqlər oldu. Amma təzyiqlərə davam gətirmək lazım idi. O ordunu Azərbaycana buraxmaq olmazdı. Amma təəssüf ki, gecə ilə, xəlvətcə o ordu Azərbaycana gəldi. Həmin ordunu Azərbaycandan rəhmətlik Əbülfəz Elçibəy öz hakimiyyətini itirmək bahasına da olsa, çıxarmışdı. Çünki biz bilirdik ki, Rusiya ordusu nə qədər Azərbaycandadırsa, Azərbaycanın müstəqilliyinə problem yaradacaq. Ona görə də açıq demək lazımdır ki, Rusiya ordusunun Azərbaycana gəlişi bizim milli maraqlarımıza ziddir və suverenliyimizin xeyli məhdudlaşdırılması deməkdir", - deyə Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli canlı yayımda çıxışı zamanı bildirib. Əli Kərimli əlavə edib ki, xalq öz mövqeyini ifadə etməlidir. Biz Rusiyanın "sülhməramlı" adı ilə təkbaşına Azərbaycanda de-fakto baza yaratmasına razı deyilik. Öncə Türkiyə, sonra başqa neytral qüvvələr cəlb olunmalıdır. İnanıram ki, Azərbaycan xalqı öz suverenliyindən vaz keçməyəcək.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb. Tərəflər birgə bəyanat yayaraq bildiriblər ki, Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin, aşağıdakıları elan etdik:
1. Dağlıq Qarabağ münaqişəsi zonasında tam bir atəşkəs və bütün hərbi əməliyyatlar 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00: 00-dan etibarən elan edilir. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası öz mövqelərində dayanırlar.
2. Ağdam bölgəsi və Ermənistan Respublikasının Azərbaycan Respublikasının Qazax bölgəsində saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Partiyasına qaytarılacaqdır.
3. Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının bir sülhməramlı kontingenti 1,960 atıcı silahlı hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti, tərəflərdən heç biri bu müddəanın tətbiqinə xitam vermə niyyəti müddətinin bitməsindən 6 ay əvvəl elan etmədiyi təqdirdə, növbəti 5 illik dövrlər üçün avtomatik uzadılması ilə 5 ildir.
5. Münaqişə Tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün bir barışıq mərkəzi yerləşdirilir.
6. Ermənistan Respublikası, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək Laçın dəhlizini (5 km enində) geridə qoyaraq Kəlbəcər bölgəsini 15 Noyabr 2020-ci ilədək, Laçın rayonunu isə 1 dekabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytaracaqdır. Şuşa şəhərini təsir edəcəkdir. Tərəflərin razılığına əsasən, yaxın üç ildə bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingentinin yenidən yerləşdirilməsi ilə Stepanakert və Ermənistan arasında rabitə təmin edən Laçın dəhlizi boyunca yeni bir nəqliyyat marşrutunun tikintisi planı müəyyənləşdiriləcəkdir. Azərbaycan Respublikası, hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir.
7. Məcburi köçkünlər və qaçqınlar, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və bitişik ərazilərə qayıdırlar.
8. Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılıb. Ermənistan Respublikası, vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat rabitəsinə nəzarət Rusiyanın FSB Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.