RF XİN Dağlıq Qarabağda Skandinaviya sülhməramlılarının yerləşdirilməsi ideyası barədə

RF XİN Dağlıq Qarabağda Skandinaviya sülhməramlılarının yerləşdirilməsi ideyası barədə
2 Noyabr 2020
Mətni dəyiş

Dağlıq Qarabağa sülhməramlıların yeridilməsi məsələsi münaqişənin bütün tərəfləri ilə razılaşdırılmalıdır. RİA Novosti agentliyinin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Qarabağ münaqişəsi zonasında Skandinaviyadan olan sülhməramlıların yerləşdirilməsinin mümkünlüyü ilə bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayenin bəyanatını şərh edən Rudenko deyib ki, “amerikalılardan soruşmaq lazımdır ki, bu ideyanı haradan alıblar”. Onun sözlərinə görə, XİN bu təkliflə bağlı təfərrüatlara malik deyil.

Ötən həftə Los-Ancelesdə erməni diasporunun üzvləri qarşısında çıxış edən O'Brayen bildirib ki, Dağlıq Qarabağda mümkün sülhməramlı kontingentin tərkibində Minsk Qrupuna həmsədrlik edən ölkələrin və ya  qonşu ölkələrin nümayəndələri olmamalıdır. O'Brayenin sözlərinə görə, Türkiyənin vasitəçiliyi nə Amerika Birləşmiş Ştatları, nə də Ermənistanı qane etmir.

“Biz hesab edirik ki, Skandinaviyadan sülhməramlıların yerləşdirilməsi  hər iki tərəfi qane edəcək və biz artıq Skandinaviya ölkələrinin nümayəndələri ilə onların müşahidəçilərinin regionda yerləşdirilməsinə dair danışıqlar aparırıq”, - O' Brayen deyib.

Bakı bu ideyanı şərh etməyib, lakin İ.Əliyev bildirib ki, münaqişənin həllində üçüncü ölkənin iştirakına ehtiyac görmür. Bundan əlavə, sülhməramlıların yerləşdirilməsi münaqişənin siyasi həllinə nail olduqdan, yəni Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkündür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun