Respublikaçıların seçki sisteminə inamı kəskin azalıb, Demokratların isə xeyli artıb

Respublikaçıların seçki sisteminə inamı kəskin azalıb, Demokratların isə xeyli artıb
11 Noyabr 2020
Mətni dəyiş

Demokrat namizəd Co Bayden prezident seçkilərində qalib elan edildikdən sonra Respublikaçıların seçki sisteminə inamı kəskin şəkildə azaldığı halda Demokratlar arasında isə əksinə, xeyli artıb.

Bayden bir neçə mühüm ştatda dörd gün səslərin sayılmasından sonra bir çox media orqanı tərəfindən seçkilərin qalibi elan edilib.

POLITICO / Morning Consult-un apardığı sorğuya görə, bu hesabatlardan sonra Respublikaçıların 70-%-i seçkilərin ədalətli keçirildiyinə inanmadıqlarını bildirib. Seçki öncəsi bu fikirdə olan amerikalılar 35% təşkil edirdi.

Eyni zamanda, çoxu şənbə günü Baydenin qələbəsini qeyd etmək üçün küçələrə çıxan Demokratlar arasında seçki sisteminə inam artıb. Demokratların 90%-i seçkiləri ədalətli hesab edir. Noyabrın 3-dən əvvəl yalnız 52% seçkilərin ədalətli olacağına inanırdı.

Seçkilərin ədalətli və azad keçirilmədiyinə inanan Respublikaçıların 78%-i poçt ilə səsvermənin geniş yayılmış saxtakarlığa səbəb olduğunu, 72%-i isə bülletenlərin saxtalaşdırıldığını deyib.

Seçkilərin ədalətli olmadığına inananların əksəriyyəti ( 84%), prezident Donald Tramp kimi Baydenin bundan faydalandığını düşünür.

Tramp kampaniyası və Respublikaçılar seçki günündən bəri saxtakarlığa görə çoxsaylı iddia qaldırıblar. Corciya və Miçiqan ştatlarının hakimləri artıq iddiaları nəzərdən keçirməkdən imtina edib.

Ştatlar dekabrın 8-dək səslərin yenidən sayılması və məhkəmə iddiaları da daxil olmaqla, fikir ayrılıqlarını həll etməlidir. Seçki Kolleqiyasının üzvləri dekabrın 14-də son açıqlama üçün görüşməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun