ABŞ-ın xüsusi qüvvələri şənbə günü Nigeriyanın şimalında aparılan əməliyyat nəticəsində silahlı şəxslər tərəfindən oğurlanan Amerika vətəndaşıını xilas ediblər. Onun onu girov tutan insanlardan bəzilərini öldürdüyü güman olunur. Bu barədə ABŞ rəsmiləri xəbər verib.
ABŞ-ın Dəniz Donanmasının xüsusi təyinatlarının da daxil olduğu qüvvələr çərşənbə axşamı qonşu Nigerin cənubunda evindən oğurlanan 27 yaşlı Filip Valtonu xilas ediblər. Bu barədə məlumat verən və adlarının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi əməliyyat zamanı heç bir ABŞ qoşununun xəsarət almadığını bildirib.
Nigerdə bir diplomat mənbəyi Valtonun hazırda ABŞ səfirinin Niameydəki iqmətgahında olduğunu bildirib.
“Bu, bizim elit ABŞ-ın Xüsusi Qüvvələri üçün böyük qələbədir,” ABŞ prezidenti Donald Tramp Twitter hesabında yazıb.
Ağ Evin mətbuat katibi Kayli MakEnani FoxNews kanalında bildirib ki, Tramp administrasiya bu illər ərzində 24 ölkədə 55 girovu xilas edib.
Pentaqon əməliyyatı təsdiq etdə sə, girovun kimliyi barədə məlumat verməyib.
Nigeriya ilə sərhədə yaxın yerdə dəvə, qoyun və toyuq saxlayan və manqo yetişdirən Valton çərşənbə axşamı Nigerin Massalata kəndi yaxınlığındakı evinə motosikletlə gələn əllərində AK-47 silahları olan altı kişi tərəfindən qaçırılmışdı.
Onun həyat yoldaşı, qızı və qardaşı evdə qalmışdı.
Reutersin məlumatına görə, onu qaçıranların Fulani etnik qrupuna mənsub olduqları və Hausa və bir az ingilis dilində danışdıqları bildirilir. Onlar pul tələb edib, evdə axtarış aparandan sonra Valtonu alaraq qaçıblar.
Niger Afrikanın Qərbindəki Sahel regionunun digər hissələri kimi dərinləşən təhlükəsizlik böhranı ilə üzləşir. Orada Əl-Qaidə və İslam Dövləti qrupu ilə əlaqəsi olan qruplar Fransa və ABŞ ordusunun yardımına baxmayaraq ordu və mülki vətəndaşlara qarşı hücumlar həyata keçirirlər.
2017-ci ildə Nigerdə pusqu nəticəsində dörd ABŞ əsgərinin öldürülmsəi Birləşmiş Ştatların dünyanın ən yoxsul ölkələrinin yerləşdiyi az məskunlaşmış Qərbi Afrika səhrasındakı rolu ilə bağlı mübahisələrə səbəb olmuşdu.
Mali, Burkina Faso və Nigerdə islamçı qiyamçlar tərəfindən azı altı xarici vətəndaş girvo saxlanılır. Onlar son illərdə girovlar müqabilində milyonlarla dollar pul əldə ediblər. ABŞ hökuməti dəfələrlə başqa ölkələri girov pulu ödədiklərinə görə tənqid edib.