Qırğızıstan parlamentinin spikeri istefa verdi

Qırğızıstan parlamentinin spikeri istefa verdi
4 Noyabr 2020
Mətni dəyiş
Qırğızıstan parlamentinin spikeri Kanat İsayev qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verib. Bu barədə o, Bişkekdə deputatlar qarşısında çıxış edərkən deyib ("Lenta.ru", 4 noyabr). 
"Mən istefa verirəm, çünki məni prezidentliyə namizəd irəli sürüblər" deyə,  İsayev bəyan edib.
Onun sözlərinə görə, bu qərar onun lideri olduğu "Qırğızıstan" partiyasının üzvləri tərəfindən qəbul edilib.
Yaxın günlərdə Qırğızıstan parlamentinə yeni spiker seçiləcək. Bu vəzifəyə real namizəd deputat Talant Mamıtov hesab edilir.
Qırğızıstanda növbədənkənar prezident seçkiləri 10 yanvar 2021-ci il tarixinə təyin edilib. Artıq indədən bir neçə partiya lideri prezident olmaq yolunda fəaliyyətə başlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun