Rusiya sülhməramlılarının zabiti və 4 erməni FHN əməkdaşı da Qarabağda minaya düşüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, hadisə Suqovuşan kəndi ərazisində bir qrup Rusiya sülhməramlısı, Azərbaycan hərbçiləri, erməni FHN əməkdaşları və Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin döyüşdə həlak olanların cəsədlərinin axtarışlarını apararkən baş verib.
Yaralanan rus zabiti Bakıya xəstəxanaya gətirilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilir. Məlumatda hadisə zamanı bir Azərbaycan həbçisinin də şəhid olduğu qeyd edilib.
Noyabrın 23-də Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli Suqovuşanda minaya düşərək şəhid olub. Babək Səmidlinin şəhid olması xəbərini Azərbaycan Müdafiə Nazirliyi təsdiqləyib.