Orta Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramı noyabrın 20-də Qafqaz Müharibədən Sonra adlı onlayn forum keçirib.
Forumda Azərbaycan və Ermənistan qüvvələri arasında Qarabağ istiqamətində aparılan döyüşlərin regiona təsirləri müzakirə olunub.
Forumda çıxış edən gürcüstanlı siyasətçi və Gürcüstanın ABŞ-dakı sabiq səfiri Tedo Çaparidze bu münaqişənin regiondakı mövcud balansda radikal dəyişikliklərə səbəb olduğunu söylədi. Onun dediyinə görə, "işğal olunmuş torpaqların azad edilməsinin gürcülərə strateji təsiri olacaq". Bu səbəbdən də Gürcüstan bu məsələni dəqiq bir şəkildə təhlil etməlidir.
“Gürcüstanın bu yeni konfiqurasiyada düzgün şəkildə əks olunması üçün Gürcüstan daxili məsələlərdə güclü və birlik nümayiş etdirməlidir. Siyasi sinif, siyasi oyunçular strateji məsələlər ətrafında birləşməlidirlər, xüsusilə də tektonik dəyişkikliklərə şahid olduğumuz dövrdə. Bu dəyişikliklər Gürcüstanın perspektivinə təsir göstərəcək,” o dedi.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MBDMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun baş tədqiqatçısı Segey Markedonov Altı-Həftəlik Müharibənin Cənubi Qafqazda status-kvo baxımdan zələzələyə bərabər olduğunu bildirdi.
O, bu münaqişənin regiondakı digər post-sovet münaqişələrdinən fərqləndiyini söylədi. Markedonov fikrincə, Cənubi Qafqazdakı münaqişələr 1993-94-cü illərdə əldə olunan status-kvodan bəri etno-siyasi münaqişələrdən geo-siyasi münaqişələrə çevrilib.
"Belə ki, məsələn 10-15 ildən sonra təkcə Tbilisi və Suximi və ya Tbilisi ilə Moskva arasında deyil, NATO ilə Rusiya və Vaşinqton və ya Brüssellə Moskva arasında problemlər olub," o dedi. Lakin onun sözlərinə görə, Qarabağ münaqişəsi bu baxımdan digərqlərindən fərqlənir, çünki, burada geo-siyasi qarşıdurmalar yoxdur, çünki tərəflərdən heç biri təkcə bir geosiyasi istiqamətə yönəlmir.
“Məsələn, ermənilər təkcə Rusiya tərəfdarı, azərbaycanlılar isə anti-Rusiya və Qərb tərəfdarı deyil,” o söylədi.
Markedonov əlavə etdi ki, Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davrandı və mövqeyini açıq bildirmədi.
“Rusiya bu vəziyyətdən yararlanır, belə ki, hər iki tərəf Rusiyanı müsbət etibarlı vasitəçi olaraq görür. Ona görə də, Rusiyanın hər hansı seçim etməsi mümkün deyildi,” o söylədi.
Türkiyənin münaqişədəki rolunu şərh edən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun baş elmi işçisi Suat Kiniklioglu Türkiyənin Azərbaycana hərbi, diplomatik və hətta mümkündür, kəşfiyyat baxımından dəstəklə təmin etdiyini bildirdi.
Onun sözlərinə görə, atəşkəs bəyanatının Türkiyə üçün ən önəmli aspekti Naxçıvanla Azərbaycanı birləşdirən dəhlizin yaradılmasıdır.
“Bunun Türkiyə üçün təkcə ticarət baxımından deyil, emosional baxımdan önəmi var, çünki beləcə Türkiyənin Azərbaycan vasitəsilə bütün Türk dünyasına çıxışı olacaq.”
Bundan əlavə Kiniklioglu dedi ki, Ankara bu münaqişə vasitəsilə Cənubi Qafqazda inkar olunmaz dərəcədə mühüm oyunçu olduğunu göstərdi.
Onun dediyinə görə, dünya, o cümlədən Cənubi Qafqaz yeni status-kvoları diplomatiya əvəzinə hərbi gücün müəyyən edəcəyi dövrə daxil olduğunu bildirdi
Vaşinqtonda qərargahlanan Jamestown Fondunun prezidenti Qlen Hovard da Azərbaycanla Ermənistan qüvvələri arasındakı münaqişənin tektonik dəyişikliklərə səbəb olduğunu bildirdi.
Onun fikrincə, son toqquşmaya ayrı bir müharibə kimi yanaşmaq düzgün olmazdı. O, bunu Birinci Qarabağ müharibəsinin davamı olaraq görür.
“Davamlı hərbi biliklər, adaptasiya, təkmilləşmə, diplomatiyadan istifadə prosesi mövcud idi və Azərbaycan davamlı olaraq hərbi bacarıqlarını təkmilləşdirib, yaxşılaşdırmağa çalışırdı," o dedi.
Hovard Azərbaycanın bu müharibədən Türkiyə ilə birlikdə regional güc olaraq çıxdığını söylədi.