Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Dağlıq Qarabağdakı humanitar missiyanın və Rusiya sülhməramlılarının işini müzakirə edib.
TASS xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Qarabağda rusiyalı sülhməramlıların və humanitar missiyanın fəaliyyəti barədə danışıldı. Bu mənada Putin görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqələri barədə məlumat verdi”, - Kremlin sözçüsü söyləyib.