Putin Qarabağda sülh yolu ilə nizamlanmaya nail olunacağına ümid edir

Putin Qarabağda sülh yolu ilə nizamlanmaya nail olunacağına ümid edir
5 Noyabr 2020
Mətni dəyiş

Rusiya Ermənistan və Azərbaycanla Qarabağla əlaqədar kontaktdadır və ümid edir ki, sülh yolu ilə hamını qane edəcək nəticələrə nail olmaq mümkün olacaq.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin noyabrın 4-də dini konfessiyaların nümayəndələri ilə videokonfransda bildirib.

Putin qeyd edib ki, Rusiya tərəfi Qarabağda münaqişənin başa çatması üçün əlindən gələni edir və edəcək. “Hər halda, biz Ermənistanla da, Azərbaycanla da kontaktdayıq. Ümid edirəm ki, biz nəticə əldə edə biləcəyik, həm də regionda yaşayan bütün insanları qane edəcək əsasda”, - Rusiya prezidenti deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun