Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb. Bu barədə 12 noyabrda prezidentin mətbuat xidməti məlumat yayıb.
"Bu gün səhər Ermənistan prezidenti Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında görüş keçirilib", - məlumatda deyilir. Tərəflər ölkədəki mövcud vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabrda imzaladıqları atəşkəs sazişindən sonra Nikol Paşinyanın harada olduğu məlum deyildi. Ermənistan mediası Paşinyanın müdafiə nazirliyinin binasındakı bunkerdə, ABŞ səfirliyində gizlənməsiylə bağlı xəbərlər yayırdılar.