"Otuz il əvvəl yaşanan acılar bu gün başa çatır. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandı".
Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində edilən paylaşımda qeyd olunub.
Paylaşımda deyilir: “Azərbaycanlı qardaşlarımız bu atalar sözünü yaxşı bilir. “Pis günün ömrü az olar”. Pis günlər bitdi, bu gün zəfər günüdür, mübarək olsun!”.