Pfizer şirkəti COVID-19 vaksinin təcili istifadəsi üçün ABŞ-da ilk müraciətini edir

Pfizer şirkəti COVID-19 vaksinin təcili istifadəsi üçün ABŞ-da ilk müraciətini edir
21 Noyabr 2020
Mətni dəyiş

Pfizer şirkəti COVID-19 peyvəndinin təcili istifadəsinə icazə almaq üçün cümə günü ABŞ-ın səhiyyə tənzimləyicilərinə müraciət edir. Şirkət bildirir ki, icazə üçün edilən bu ilk müraciət koronavirusdan qorunmanı təmin etmək istiqamətində atılan böyük bir addımdır.

Pfizer Almaniyanın BioNTech əcazçılıq şirkəti ilə birlikdə üzərində işlədiyi peyvəndin 95% effektiv olduğunu sübut edən son sınaqların nəticəsini açıqladıqdan sonra ABŞ-ın Qida və Dərman İdarəsinə müraciət edib.

Bu xəbərin ardınca Pfizer-in səhmləri 1,6%, BioNTech -in səhmləri isə 8% faiz artım qeydə alıb.

Müraciətdə həmçinin 12-15 yaş arası təxminən 100 uşaq haqqında təhlükəsizlik məlumatları da yer alır. Şirkət bildirir ki, ABŞ-dakı sınaqlarda iştirakçıların 45 faizi 56-85 yaş arasındadır.

Əgər sınaqların nəticələri doğrudursa "sözün əsl mənasında 95 faiz təsirli bir peyvəndin tətbiq olunmasına bir neçə həftə qalıb" deyə ABŞ-ın Səhiyyə katibi Alex Azar CBS kanalının "Bu Səhər" verilişində deyib.

Şirkətlər dekabr ayının ortalarına qədər istifadə üçün icazə alınacağını və bundan sonra dərhal dozaların göndərilməsinə başlanacağını gözləndiyini bildirir. Pfizer həmçinin bildirir ki, hazırda 25 milyon insanı qorumağa yetərli olan 50 milyon doza vaksin hazır vəziyyətdədir.

Resuters agentliyi bildirir ki, ABŞ-ın Qida və Dərman İdarəsinin məsləhətləşmə komitəsi 8-10 dekabr tarixlərində peyvəndlə bağlı məsləhətləşmə üçün görüş keçirəcəyi planlaşdırılır.

Son sınaqlar göstərir ki, peyvənd fərqli yaş və etnik qrupların üzvlərini eyni dərəcədə qoruyur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun