Peskovdan vurulan helikopterlə bağlı daha bir açıqlama

Peskovdan vurulan helikopterlə bağlı daha bir açıqlama
13 Noyabr 2020
Mətni dəyiş

Bakının helikopterin vurulmasına çox tez reaksiya verməsi Moskvanın hadisə ilə bağlı üzrxahlığı qəbul etməsinə imkan yaradıb”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu, əlbəttə ki, bütün hərbi rəhbərlərimiz, silahlı qüvvələrdə xidmət edən bütün insanlarımız və bütün vətəndaşlarımız üçün ağrıdır. Azərbaycanlıların, Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və təqsirkarları cəzalandırmağa hazır olduğunu elan etməsi üzrxahlığın qəbul edilməsinə imkan verdi”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Rusiyanın “Mi-24” helikopteri noyabrın 9-da Ermənistanla Azərbaycan sərhədi yaxınlığında vurulmuşdu. Hadisə nəticəsində iki heyət üzvü həlak olmuş, bir nəfər isə yaralanmışdı.

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi helikopterin səhvən vurulduğu ilə bağlı bəyanat yaymış və Azərbaycan tərəfinin müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun