Paşinyan bildirib ki, Qarabağ ordusu buraxılmayacaq

Paşinyan bildirib ki, Qarabağ ordusu buraxılmayacaq
16 Noyabr 2020
Mətni dəyiş

Qarabağa dair üçtərəfli saziş və Rusiya sülhməramlılarının yeridilməsi Dağlıq Qarabağın müdafiə ordusunun statusuna təsir etməyəcək. Arsax ordusu malik olduğu statusda qalacaq. Bu, Arsax müdafiə ordusudur. Ordu var və mövcud olmağa davam edəcək, inkişaf etməli, möhkəmlənməli və Arsaxın suverenliyinin qarantı olmalıdır", - bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra KİV-ə müsahibəsində bildirib.

O həmçinin deyib ki, Rusiya və Azərbaycan prezidentlərinin Qarabağla bağlı üçtərəfli sazişindəki bəndlərin dəyişdirilməsi mümkün deyil. "Bəndlərin dəyişdirilməsi hərbi vəziyyətin dəyişməsi demək olacaq. Bu gün bu, real deyil", - o bildirib və qeyd edib ki, sənəddə şərhlər tələb edən müddəalar var və danışıqlar davam etdiriləcək.

Hərbi əməliyyatların başlanmasına qədər münaqişənin nizamlanması ilə bağlı danışıqlara toxunan Paşinyan deyib ki, 2018-ci ildə danışıqlar prosesi geri qayıtmamaq nöqtəsinə keçmişdi.

"Məsələ belə idi: ərazinin əvəzində heç nə. Mən bununla razılaşmamağa çalışdım, lakin biz buna nail ola bilmədik, çünki elə şəraitdə idik ki, ərazilərin ilkin şərtlərsiz verilməsi barədə beynəlxalq konsensus formalaşırdı ", - o deyib. Eyni zamanda, Paşinyan baş verənlərə görə şəxsən məsuliyyət daşıdığını bildirib.

Hərbi itkilərə toxunan Paşinyan itkin düşmüş yüzlərlə erməni hərbçinin olduğunu bildirib. "İndi dəqiq rəqəm deyə bilmərəm, lakin itkin düşənlərin sayı bir neçə yüzdür. Ümid edirik ki, onları sağ tapacağıq", - o deyib.

Baş nazir onu da qeyd edib ki, həlak olanların cəsədlərinin mübadiləsi başa çatdıqdan sonra Azərbaycanla hərbi əsirlərin mübadiləsi baş tutacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun