Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 1 məsələ daxil edilib.
Bu, “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında” məsələdir.
Hazırda davam edən iclasda Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edir.
Müraciəti təqdim edirik:
“Azərbaycan xalqı böyük qələbənin sevincini yaşayır. Xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb, ölkəmizin bütövlüyü təmin olunub. Təəssüf ki, müharibə itkisiz olmur”.
Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin (MM) sədri Sahibə Qafarova deyib.
O, deputatlardan xahiş edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilsin.
Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Sahibə Qafarova bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub.
Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü bununla da təmin ediləcək:
“Məcburi köçkünlər həmin ərazilərə geri dönəcək. Bu müharibədə Ermənistan elə zərbə alıb ki, onun özünə gəlməsinə illər sərf ediləcək”.
O qeyd edib ki, bu müharibədə dünya bir vandallığı da görüb:
“Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”.
Sahibə Qafarova deyib ki, noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır.
Sədrin sözlərinə görə, bu bayraq digər torpaqlarımızda da dalğalanacaq.
“Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. Əsgər və zabitlərin qəhrəmanlığı dillərdə dastan olacaq. Əsgər və zabitlərimizin fədakarlığını heç zaman unutmayacağıq”.
Sədr hər kəsi qələbə ilə bağlı təbrik edib:
“Bildiyiniz kimi, keçən il cənab İlham Əliyev Valdey şəhərindəki səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi Azərbaycanın qələbəsinə çevrildi. Artıq “Qarabağ-Azərbaycandır”. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qəhrəman Azərbaycan ordusuna! Eşq olsun Azərbaycan xalqına!”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əagərov bildirib ki, noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açılıb.
Onun sözlərinə görə, 30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirib
“Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibə aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu. Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. “Bir millət, iki dövlət” artıq sadəcə şüar deyil”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, sülhməramlıların bölgəyə gəlişi gözlənilən idi. Çünki onlarsız sülhü bərpa etmək mümkün deyildi.
Onun sözlərinə görə, sosial şəbəkələdə bəzi maraqlı qüvvələr sülhməramlıların bölgəyə gəlməsinə don geyindirməyə çalışırlar:
“Azərbaycan Ordusu Azərbaycan xalqını tarxin yaddaşına qalib xalq kimi həkk edib. Qarabağ bizimdir!”
Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edilməsi ilə bağlı komissiya yaradılıb.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova məlumat verib.
Komissiyanın tərkibinə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Erkin Qədirli, Nizami Cəfərov, Nigar Arapadarai, Tural Gəncəliyev daxil edilib. Son olaraq parlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.
Müraciəti Milli Məclisin deputat Nigar Arpadarai təqdim edib.
Müraciətdə deyilir: “1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 20 mindən çox soydaşımız qətlə yetirilib, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün salınıb. 1992-ci ilin fevralın 26-da Xocalı soyqrımı törədilib...
...2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycan torpaqlarının işğalına son qoyulub. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Tarixi ədalət öz yerini tutub. Bu möhtəşəm qələbəyə görə cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Əziz xalqımız sizi böyük qələbə münasibətilə təbrik edirik. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Qarabağ Azərbaycandır!”
Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.