Pskistan bu bəyanatla mətbuatda bu Cənubi Asiyanın əksəriyyəti müsəlman olan ölkəsinin İsraili tanınması məsələsinə yenidən baxa biləcəyinə dair davamlı spekulyativ xəbərlərdən sonra çıxış edib.
Pakistanın Xarici İşlər Nazirliyi mediadakı debatların əsassız bir fərziyyə olduğunu deyərək, təkzib edib və deyib ki, İslamabad "Fələstin xalqının öz müqəddəratını təyin etmə istəyini qətiyyətlə dəstəkləyir".
Nazirliyin sözçüsü baş nazir İmran Xanın bu məsələ ilə bağlı son açıqlamasının “aydın və birmənalı” olduğunu vurğulayıb.
"Baş nazir açıq şəkildə dedi ki, Fələstin xalqı üçün qənaətbəxş olan ədalətli bir həll yolu tapılmasa, Pakistan İsraili tanıya bilməz" - deyə, sözçü bildirib.
Pakistan 1947-ci ildən, İsrail dövləti qurulduğu gündən bəri bu ölkəni qınayır. Pakistanlılar Yəhudi dövlətini ziyarət edə bilməz, çünki onların pasportunda “İsraildən başqa bütün dünya ölkələri üçün keçərlidir” deyilir.
İsrailin baş naziri Benyamin Netanyahunun vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparmaq üçün keçən bazar günü Səudiyyə Ərəbistanına etdiyi “gizli” səfəri Ər-Riyadın İsraili tanımağa doğru irəliləməsi barədə şayiələrə səbəb olub.
Bu fərziyyələr Birləşmiş Ərəb Əmirliyinin ABŞ-ın vasitəçiliyi ilə avqust ayında İsraillə iki ölkə arasında əlaqələr qurmaq üçün əldə etdiyi tarixi müqavilədən qaynaqlanıb.
Səudiyyə Ərəbistanı rəsmiləri Netanyahunun ölkəyə səfərini təkzib edib.
Lakin iddia edilən səfər Səudiyyə Ərəbistanının Pakistana İsraili tanımasıilə bağlı təzyiqlər edəcəyi barədə də şayiələri artırıb.
Pakistan Səudiyyə Ərəbistanı ilə ənənəvi yaxın əlaqələr saxlayır.