2018-2019-cu illərdə jurnalistlərin öldürülməsi əvvəlki illərlə müqayisədə daha az baş versə də, cinayətlərin yalnız onda birinin üstü açılıb.
Bunu UNESCO-nun Baş direktoru xanım Odre Azule bildirib.
Onun sözlərinə görə, son on ildə dünyada dörd gündən bir jurnalist öldürülsə də, bu cinayətləri törədənlər cəzasız qalmaqda davam edir:
“BMT-yə üzv dövlətlərdən daxil olan məlumata görə, dünyada törədilən qətllərin 13 faizi tamamlanmış məhkəmələr nəticəsində həll edilib. Bu, əvvəlki göstəricilərə nisbətən bir az yaxşılaşma deməkdir”.
Təşkilatın məlumatına görə, 2018-2019-cu illərdə dünyanın müxtəlif ölkələrində 156 jurnalist qətlə yetirilib. Hadisələrin 57-si 2019-cu ildə baş verib. 2018-2019-cu illərdə ən çox jurnalist Latın Amerikası və Karib dənizi bölgəsində qətlə yetirilib.