Netanyahu Səudiyyə şahzadəsi ilə ‘gizlicə görüşüb’

Netanyahu Səudiyyə şahzadəsi ilə ‘gizlicə görüşüb’
23 Noyabr 2020
Mətni dəyiş

“Kan” ictimai telekanalı noyabrın 23-də adını çəkmədiyi İsrail rəsmilərinə istinadla Netanyahu və Mossad xəfiyyə agentliyinin rəhbəri Yossi Kohenin səfərinin təsdiqləndiyini bildirib

Israilin Baş naziri Benyamin Netanyahu noyabrın 22-də gizlicə Səudiyyə Ərəbistanına səfər edərək krallığı de fakto idarə edən vəliəhd şahzadə, eləcə də orada səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb. Bu haqda İsrailin bir neçə media orqanı xəbər verir.

“Kan” ictimai telekanalı noyabrın 23-də adını çəkmədiyi İsrail rəsmilərinə istinadla Netanyahu və Mossad xəfiyyə agentliyinin rəhbəri Yossi Kohenin səfərinin təsdiqləndiyini bildirib. Onlar Vəliəhd şahzadə Məhəmməd bin Salman və ABŞ-ın baş diplomatı ilə Səudiyyənin Qırmızı Dəniz sahilindəki Neom şəhərində görüşüblər.

Yaxınlaşma davam edir...

İsrailin çoxsaylı media orqanları oxşar informasiya yayıblar.

Netanyahunun idarəsi və ABŞ-ın Yerusəlimdəki səfirliyi bu səfəri şərh etməyib. Təsdiqlənəcəyi halda, bu, İsrail baş nazirinin Səudiyyə Ərəbistanına ilk səfəridir.

İsrail bir müddət öncə Səudiyyənin Fars Körfəzindəki iki müttəfiqi – Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərlə bağlı tarixi sazişlər imzalayıb.

Daha çox İranla bağlı narahatlığın səbəb olduğu bu yaxınlaşmaya ABŞ Prezidenti Donald Tramp administrasiyası vasitəçilik edib.

Səudiyyə Ərəbistanının açıq şəkildə bildirməsinə görə, Ərəb Liqasının onillər boyunca tutduğu mövqeyə sadiq qalacaq – fələstinlilərlə münaqişə həll olunmayınca İsraillə əlaqə qurmayacaq.

Ancaq Səudiyyə İsrail təyyarələrinin onun hava məkanından keçərək Fars körfəzindəki yeni ünvanlara və Asiyaya uçmasına icazə verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun