Nazir Lavrovun sözlərindəki qəribəliklər barədə

Nazir Lavrovun sözlərindəki qəribəliklər barədə
14 Noyabr 2020
Mətni dəyiş

Rusiya hakimiyyətinin sülhməramlıların yerləşdirilməsinə dair bəyanatlarında Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərilmir. Noyabrın 12-də  nazir Sergey Lavrov belə deyib:

“Türkiyə Respublikasının Dağlıq Qarabağa heç bir sülhməramlı bölməsi göndərilməyəcək. Türkiyə müşahidəçilərinin mobillik sərhədləri Azərbaycan ərazisində, Qarabağa yaxın olmayan yerdə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yerləşməsi üçün müəyyən ediləcək coğrafi koordinatlarla məhdudlaşır və əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan XİN Lavrovun bəyanatlarında göstərilən xüsusiyyətə reaksiya vermir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan ilə söhbətində Rusiya XİN-in Dağlıq Qarabağın Azərbaycana məxsus olması və sülhməramlı qüvvələrin vəzifələri barədə bəzi bəyanatlarının ikimənalı olması ilə razılaşıb.

Zülfüqarov Dağlıq Qarabağın gələcək statusunun onun əhalisindən asılı olması barədə  Lavrovun başqa qəribə bəyanatını xatırladıb.

“Biz ondan çıxış edirik ki, status Dağlıq Qarabağda etnokonfessional barışın bərpası üçün hansı addımların atılmasından asılı olaraq müəyyənləşdiriləcək”, - Lavrov deyib.

Rusiyalı nazirin sözlərinə görə, “biz burada heç bir süni müddət qoymuruq” (RİA Novosti).

“Hazırda Azərbaycanın qarşısında erməni silahlı qüvvələrinin çıxarılması və Azərbaycan hakimiyyəti orqanlarının işğaldan azad olunmuş rayonlarda yerləşdirilməsi məsələsi durur. RF XİN-in bəyanatlarına dair fikir yürütmək növbəti mərhələlərdə yerinə düşər”, - T. Zülfüqarov bildirib.

O hesab edir ki, RF XİN-in Qarabağ hadisələrindən bir qədər uzaqlaşması müşahidə olunur, Sanki bu proseslərdə mərkəzi rolu Rusiya prezidenti öz üzərinə götürüb. Rusiya XİN müharibədən əvvəlki danışıqlar mərhələsində fəal olub. Noyabrın 10-dan sonra məsuliyyət mərkəzi Rusiya, Türkiyə və Azərbaycan prezidentləri səviyyəsinə yüksəlib.

Eyni zamanda, başa düşmək lazımdır ki, Dağlıq Qarabağı Azərbaycandan ayırmaqla RF XİN burda öz fikrini ortaya qoya bilər və buna da tezliklə aydınlıq gətiriləcək”

O hesab edir ki, RF XİN-in bəyanatlarında ikilik Azərbaycanın Rusiyanın Qarabağdakı vasitəçilik missiyasından imtina etməsinə səbəb ola bilməz, belə ki, de-fakto Rusiya orada vasitəçidir. Azərbaycan diplomatiyasının vəzifəsi isə ondan ibarətdir ki, elə etsin ki, Rusiyanın maraqları ölkəmizin milli vəzifələri ilə üst-üstə düşsün.

Turan Azərbaycan XİN-ə suallarla müraciət edib. XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva sualalrı yazılı formada, poçtla almaq istəyib. Suallar göndərilib, cavab alan kimi dərc olunacaq, Turan qeyd edir.

Azərbaycan XİN-də adı açıqlanmayan digər mənbə bildirib ki, S.Lavrovun səsləndirdiyi bəyanat Dağlıq Qarabağı əvvəllər Azərbaycan ərazisi kimi tanıdığını bəyan edən Rusiyanın yeni, fərqli mövqeyi sayıla bilməz. Mənbə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatını xatırlamağı məsləhət görüb. 10 noyabr 2020-ci il tarixində o, Qarabağda sülh razılaşmasını izah edərkən deyib: “Bu sənəddə Qarabağın statusundan danışılmır. Hazırda biz beynəlxalq hüququn bütün müvafiq əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, - Peskov jurnalistlərə bildirib (RİA Novosti).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun