Kosovo prezidenti Haşim Taçi hərbi və insanlığa qarşı cinayətlərdə ittiham olunduğunu təsdiqləyib.
Taci cümə axşamı mətbuat konfransında deyib ki, ona qarşı irəli sürülən iddia səbəbindən vəzifəsindən istefa vədini yerinə yetirib.
Taci 1998-99-cu illərdəki müharibə zamanı Belqradın təhlükəsizlik qüvvələrinə qarşı döyüşən etnik Alban partizan qrupu Kosovo Qurtuluş Ordusunun (UCK) komandiri olub.
Xüsusi təyinatlı prokurorluq (SPO) Taci və digər şübhəliləri "təqribən 100 nəfərin qətlində" əli olmaqla yanaşı, "insanların itkin düşməsi, təqib olunması və işgəncə verilməsi" kimi cinayət işlərində günahlandırıb.
SPO-nun irəli sürdüyü iddialara görə, cinayətlər "yüzlərlə Kosovo albanı, serblər, qaraçılar və digər etnik azlıqlar, habelə siyasi opponentlər"ə qarşı törədilib.
Taci hərbi cinayətlərdə əli olduğunu rədd edib.