Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu prezidentlik fəaliyyətində korrupsiya ilə mübarizənin və məhkəmə sistemində islahatların əsas prioritet olacağını deyib.
Bu barədə o, noyabrın 25-də keçirdiyi mətbuat konfransında danışıb.
"Korrupsiya ilə mübarizə və ədliyyə sistemində islahatlar mənim fəaliyyətimdə bir nömrəli prioritet olacaq, mən dəfələrlə demişəm ki, korrupsiya milli təhlükəsizliyimiz üçün təhdiddir" deyə, prezident bildirib.
Mayya Sandu Prezident Administrasiya tərəfindən Hakimlərin Ali Şurasına tövsiyələr prosesində təftiş mexanizmi qurmağı planlaşdırır. Bu mexanizm hakimlərin təyinatı ilə məşğul olacaq və məhkəmələrdə korrupsiyaya bulaşmış insanların işləməsinə imkan verməyəcək.
"Mən hakimlərin qiymətləndirilməsi məsələsində təkid edəcəm və parlamentə müvafiq qanun layihəsi təqdim edəcəm. Siyasi korrupsiya ilə də mübarizə aparmaq qaçılmazdır" deyə, Sandu vurğulayıb.