Moldovada seçkilərin birinci turunun nəticələri açıqlandı

Moldovada seçkilərin birinci turunun nəticələri açıqlandı
2 Noyabr 2020
Mətni dəyiş

Moldovadakı prezident seçkilərinin birinci turuna dair səslərin 100 faizi hesablanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 36,16 faizini qazanan müxalifətdəki Hərəkət və Həmrəylik Partiyasının sədri, sabiq Baş nazir Maya Sandu birinci yer, hazırkı dövlət başçısı İqor Dodon isə 32,61 faizlə ikinci yer tutub.

Beləliklə, seçkilərin qalibi noyabrın 15-də keçiriləcək ikinci turda bəlli olacaq.

Dünya Bankının keçmiş eksperti olan M.Sandu ölkənin Avropa İttifaqı üzvlüyünün tərəfdarı olduğu halda, rusdilli əhali arasında nüfuz sahibi olan İ.Dodon Rusiyanın dəstəyinə arxalanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun