Belarusiya polisi Prezident Aleksander Lukaşenkonun istefası və avqust ayı mübahisəli seçkilərin ardından görülməmiş ictimai müqavimət fonunda yeni bir seçki çağırışı ilə ardıcıl olaraq 13-cü bazar günü etiraz aksiyasına toplaşan onlarla anti-hökumət nümayişçisini həbs edib.
Vyasna insan haqları qrupu noyabrın 8-də təhlükəsizlik qüvvələri tərəfindən tutulan 328 nəfərin siyahısını açıqlayıb.
Həbslər Minsk, Qomel, Vitebsk, Zhlobin və digər şəhərlərdə edilib. Qrup saxlanılanların bir qisminin daha sonra sərbəst buraxıldığını deyib.
Minsk şəhər polisi əvvəllər "icazəsiz hərəkətlər"ə görə təxminən 10 nəfərin saxlanıldığını bildirmişdi.
Səhər tezdən Minskdə Demokratiya Yürüşü iştirakçılarının müxalifətin simvolu olan qırmızı-ağ bayraqlar və çətirlər dalğalandırdığı nümayişlər ciddi polis mövcudluğu ilə keçirilib. Təhlükəsizlik qüvvələri bir neçə küçəni bağlayıb və Minskin mərkəzindəki əraziləri mühasirəyə alıb.
Paytaxtda səhər saatlarından etibarən mobil telefonlarda internetə giriş məhdudlaşdırılıb. Şəhərin mərkəzindəki bir neçə metro stansiyası mitinqdən bir saat əvvəl "sərnişinlərin təhlükəsizliyi" səbəbi ilə bağlanıb.
Etirazlar 7 noyabrda polisin Lukashenkoya qarşı icazəsiz etiraz aksiyalarında onlarla tibb işçisini tutmasından sonra baş verir.
Bu arada, Belarusun Jurnalistlər Birliyi həkimlərin mitinqini işıqlandırarkən tutulan iki müxbirin Minskdəki Akrestsina həbsxanasına aparıldığını deyib.