Belarus lideri Aleksandr Lukaşenko cümə günü prezidentlik vəzifəsindən yeni konstitusiya qəbul edildikdən sonra gedəcəyini deyib və islahatlar çərçivəsində prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif edib. Lakin o, bu addımların nə vaxt atılacağı barədə heç nə deməyib.
Avqust ayının 9-da keçirilən prezident seçkilərindən bəri onu istefaya çağıran kütləvi etirazlarla qarşılaşan Lukaşenko bu şərhini Rusiyanın xarici işlər nazirinin böhranı aradan qaldırmaq üçün konstitusiyada islahatları davam etdirməsini deməsindən bir gün sonra verib.
"Yeni konstitusiyaya əsasən sizinlə prezident kimi çalışmayacağam" - deyə, Belta xəbər agentliyi Lukaşenkodan sitat gətirib.
Lukaşenko həddindən artıq səlahiyyətin prezidentin əlində cəmləşdirdiyi üçün mövcud konstitusiyanın islahata ehtiyacının olduğunu və vəzifəsindən indi gedərsə “problemlər” yaşanacağını deyib.
O, bunları koronavirus xəstələrini xəstəxanada ziyarət etdiyi vaxt deyib.
Əsas müttəfiqi Rusiya Lukaşenkonun konstitusiyada etmək niyyətində olduğu islahatları açıq şəkildə dəstəkləyib, lakin onunla müxalifləri arasındakı siyasi qarşıdurma davam etdiyi üçün heç bir təklif verməyib.
Etirazçılar konstitusiyada islahat vədlərinin etirazları dayandırmaq üçün bir taktika olduğunu deyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı Lukaşenkonu islahat vədinə və sentyabr ayında keçirilən zirvə toplantısında Rusiya Prezidenti Vladimir Putinlə əldə edilən digər razılaşmalara əməl etməyə çağırıb.