Los-Ancelesdə demokratları kütləvi qətllərlə hədələyən şəxs həbs edilib

Los-Ancelesdə demokratları kütləvi qətllərlə hədələyən şəxs həbs edilib
7 Noyabr 2020
Mətni dəyiş

Los-Anceles polisi Demokrat Partiyasının namizədi Co Bayden seçkilərdə qalib gələrsə, kütləvi qətllər törədəcəyini bildirən şəxsi həbs edib.

“Los Angeles Times” xəbər verir ki, sosial şəbəkədə bu cür xəbərlər paylaşan həmin şəxs yerləşdirdiyi videoda “demokratların axırına çıxmağ”a çağırışlar edib.

Həbs olunana qarşı ittiham irəli sürülmədən əvvəl ruhi sağlamlığı ilə bağlı müayinədən keçiriləcəyi bildirilir. ABŞ-da prezident seçkiləri çərşənbə axşamı keçirilib. Bir sıra ştatlarda səsvermələrin nəticələri hələ məlum deyil. Çərşənbə axşamı Tramp marafonda qələbə qazanması haqqında bildirib və demokratları "seçkiləri oğurlamaq" cəhdində ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun