Leysan yağışlar Yunanıstanın Krit adasında daşqınlara səbəb olub

Leysan yağışlar Yunanıstanın Krit adasında daşqınlara səbəb olub
11 Noyabr 2020
Mətni dəyiş

Yunanıstanın Krit adası rəsmiləri bəyan edir ki, davam edən leysan yağışlar yolları çaylara çevirərək, ağacları qopardaraq yüzlərlə evlərə, müəssisələrə ziyan vuran və avtomobilləri dənizə atan güclü daşqınlarla nəticələnib.

Təcili yardım rəsmiləri ən böyük zərərin adanın paytaxtı İraklionun şərqində, məktəblərin bağlandığı kiçik şəhər və kəndlərdə meydana gəldiyini və sakinlərə evdə qalmağı tövsiyə etdiklərini bildirib. Bəzi bölgələrdə ev sakinləri bütün məhəllələr batırıldıqca yüksələn sudan qaçmaq üçün damlara sığınıblar.

Boruların partladığı və təpəlik olan ərazilərdə sürüşmə baş verdiyi barədə də məlumatlar var.

Yanğınsöndürənlər Reuters xəbər agentliyinə sakinlərdən 300-dən çox zəng qəbul etdiklərini, əsasən evlərdən və dükanlardan daşqın sularının çıxarılması və avtomobillərdə və ya binalarda qalan 18 nəfərin paytaxtda və Retimno bölgəsində təhlükəsiz yerə köçmələrinə kömək etdiklərini açıqlayıb. Yanğınsöndürənlər Kritin Xüsusi Fəlakətlərə Qarşı Mübarizə bölməsi ilə birlikdə adadakı xilasetmə əməliyyatlarında iştirak edirdilər.

Heç bir ciddi xəsarət olmadığı bildirilib, ancaq regional hökumət rəsmiləri adanın yol şəbəkəsinə ziyan dəyildiyini bildirib. Krit şənbə günündən etibarən qüvvədə olan koronavirus məhdudiyyətlərindən də təsirlənib və bu da müəssisələri qapılarını bağlamağa məcbur etmişdi.

Bir aydan az bir müddətdə ərazi üçüncü dəfədir ki, daşqına məruz qalır və sinoptiklər güclü yağışların cümə axşamı gününə qədər davam edəcəyini qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun