Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.
Bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır.
"İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın". Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanat imzalayıb. Bəyənatla razılaşmayan Ermənistan xalqı ardıcıl olaraq Ermənistanın mərkəzində kütləvi mitinq təşkil edirlər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər və qəbul edilən bəyanatın şərtlərini məğlubiyyət adlandırıb qəbul etmirlər.