"Lavrova və Bülbüloğluna lütfən bunu anlatsınlar" - Elxan Şahinoğlu

"Lavrova və Bülbüloğluna lütfən bunu anlatsınlar" - Elxan Şahinoğlu
12 Noyabr 2020
Mətni dəyiş

"Rusiya rəsmiləri və bu ölkənin xarici işlər naziri Sergey Lavrov erməniləri rahatlatmaq üçün elə hey deyirlər ki, Dağlıq Qarabağda Türkiyə sülhməramlıları olmayacaq. Təəssüf ki, bu xora Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qoşulub". Bu sözləri politoloq Elxan Şahin oğlu deyib. Politoloq bildirib ki, biriləri bunları anlatsın ki, Şuşa, Hadrut və azad edilmiş bir sıra bölgə, qəsəbə və şəhər Dağlıq Qarabağın içidir və buralar Azərbaycan qoşunlarının nəzarəti altındadır, ona görə də türkiyəli sülhməramlılar (əgər biz bunu istəyiriksə) buralarda yerləşə bilər. Lavrova və Bülbüloğluna lütfən bunu anlatsınlar. Dünən Rusiya rəsmiləri və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, bu gün də Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib ki, Türkiyə əsgərləri Qarabağ ərazisində olmayacaqlar. Qarabağda ancaq Rusiya əsgərləri olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun