Kanadalı müşahidəçilər 3 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.
Bu barədə “TASS”ın müxbirinə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kanada seçki müşahidəçilərini ABŞ-a göndərməyəcək.
Qeyd edək ki, 3 noyabr tarixində ABŞ-da keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 əyalət və ərazi qubernatoru və yerli hökumət seçiləcək.
İndiki dövlət başçısı Donald Tramp (Respublikaçı) və demokrat Co Bayden prezidentlik uğrunda mübarizə aparır. ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi 2021-ci il yanvarın 20-də olacaq.