ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin vitse-prezidentliyə namizəd gıstərdiyi Kamala Harris karyerasına Kaliforniya hakimi, baş prokuror və ABŞ senatında çalışmaqla Amerikada ən qüdrətli ikinci iş yerinə sahib olub.
55 yaşlı Harris əsas partiyalardan prezidentlik və ya vitse-prezidentliyə rəsmi namizəd olmuş dördüncü qadın, amma ilk qaradərili və ilk Cənubi asiyalı şəxsdir.
Onun anası ABŞ-a Hindistandan mühacirət etmiş döş xərşəngi üzrə alim olub. O, 2009-cu ildə vəfat edib. Harrisin atası isə ABŞ-a Yamaykadan gələn iqtisadçı olub.
Harris prezident Donald Trampı koronavirus pandemiyası və iqtisadiyyatı idarə etmə yollarına görə sərt şəkildə tənqid edib və deyib ki, "onun rəhbərliyinin uğursuzluğu insanların həyatları və dolanışıqları bahasına başa gəlib.”
Avqust ayında Demokratların Milli Konvensiyasındakı çıxışı zamanı Harris Baydenin hardan gəldikləri, kimi sevdikləri və hansı görünüşə malik olmalarından asılı olmayaraq, bütün icmaların sevgi ilə alqışladığına dair mövqeyini bölüşdüyünü deyib.
Kaliforniya senatoru Kamala Harris partiyasının nominasiyasını qəbul edərkən etdiyi çıxışında insanları “mümkün olduğunu bildiyimiz Amerika” uğrunda mübarizə aparmağa çağırıb. O, amerikalıları irqçilik və ksenofobiya ilə mübarzəyə səsləyib.
“İrqçiliyə qarşı vaksin mövcud deyil. Biz işimizi görməliyik” - deyə, Harris əlavə edib.
Prezident Donald Tramp oktyabrın əvvəlində Harris və respublikaçı vitse-prezident Mayk Pensin milli televiziya ilə nümayiş etdirilən debatından sonra səhər saatlarında verdiyi bir müsahibədə Harrisi "canavar" anlandırıb.
Harris isə prezidentin şərhini “uşaqlıq” kimi qəbul etməsi ilə yanaşı, ona cavab verməkdən imtina edib.
Lakin onun müttəfiqləri və azlıqların hüquqlarının müdafiə qrupları prezidentin şərhini Harrisin siyasi karyerası boyunca mübarizə aparmalı olduğu irqçilik və cinsi maneələrin təcəssümü kimi qiymətləndirib.
Bayden isə Trampın şərhlərini "alçaq" və "prezidentlik ofisinə layiq olmayan" adlandırıb.
Yayın sonlarından bəri Harris Tramp və Pensin məğlubiyyəti yolunda Bayden üçün təşviqat aparmaq üçün ölkə boyu kampaniyalar keçirib. Oktyabr ayının sonlarında Nevada ştatındakı kampaniyası zamanı o, insanları səs verməyə və "Amerika vədləri uğrunda mübarizə aparmağa" çağırıb.
Lakin Harris heç də həmişə keçmiş vitse-prezident Baydenlə eyni ortamda olmayıb. Baydenin vitse-prezidentlik vəzifəsinə namizəd təklifindən əvvəl o özü prezidentliyə namizədlik uğrunda yarışırdı.
Namizədlik yarışlarının ən dramatik məqamlarından biri Harrisin 2019-cu ilin iyun ayında partiyanın uzun müddətli liderlərindən biri olan Baydenin Amerikanın tez-tez problemli irqi münasibətləri və onun əvvəlki işi ilə bağlı fikirlərinə etiraz etməsi olub.
Bayden qələbə əldə etsə, Harris ölkənin 244 illik tarixində ən yüksək rütbəli qadın rəsmisi olacaq.
ABŞ-ın siyasi analitikləri qalib gəldiyi təqdirdə 78 yaşında olacaq və 2021-ci ilin yanvarında vəzifəyə başlayacaq Baydenin yalnız dörd il vəzifədə qalacağını və Harrisin 2024-cü il prezidentlik yarışlarında namizəd olacağını düşünür.